1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

Rəhbərlik

Azərbaycan Marketinq Cəmiyyətinin (AMC) ali rəhbər orqanı - üzvlərin Konfransıdır. Konfrans ildə azı bir dəfə çağırılır. Konfransın iclaslarında Konfrans iştirakçılarının sadə səs çoxluğu ilə seçilən İdarə Heyəti Konfranslar arası dövrdə Konfransın qərarlarının həyata keçirilməsini təmin edir. AMC-nin cari işlərinə rəhbərliyi İdarə Heyətinin Sədri edir. İdarə Heyətinin Sədri tərəfindən icraçı direktor təyin olunur. İcraçı direktor AMC mənafelərini təmsil edir, cari təsərrüfat işlərinə rəhbərlik edir, müqavilə və sazişlər bağlayır.

 

AMC-nin İdarə Heyətinin Sədri - Rəhim Hüseynov:

1961-ci il iyul ayının 22-də Bakıda anadan olub. 1978-1983-cü illər ərzində Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almışdır. 1986-1990-cı illərdə Elmlər Akademiyasinda aspiranturada oxumuşdur. Təhsilini 1991-1992-ci illərdə İstanbul Dövlət Universitetində davam etdirərək 1992-ci ildə həmin Universitetin İdarəetmə Fakultəsində magistr dərəcəsini almışdır.
1990-cı ildən özəl sektorda fəaliyyət göstərir. 1996-cı ildə SİAR (Social & Marketing Research Center www.siar.az) şirkətini qurmuş, 2000-ci ildə Azərbaycan Marketinq Cəmiyyətinin əsas təsisçilərdən biri olmuşdur. Son illərdə biznesin müxtəlif sahələrində daha bir neçə müəssisə təsis etmişdir.

AMC-nin icraçı direktorları:

1.    Rauf Əliyev (avqust 2000 - avqust 2001)
1974-cü ildə Bakıda anadan olub. 1992-1998-ci illər ərzində Qazi Universitetində (Ankara, Türkiyə) təhsil alıb. 2000-2001-ci illərdə Azərbaycan Marketinq Cəmiyyətinin içraci direktor vəzifəsində çalışıb. Sonrakı illər ərzində bir necə yerdə marketinq, informasiya və idarəcilik sahələrində işləyib, 2003-cü ildən – hal-hazırda «ARI Management» (Ticarət, IT solutions, Media) şirkətində içraci direktor vəzifəsində çalışır. 2001-2008-ci illər ərzində bir cox ölkələrdə müxtəlif mövzularda keçirilən treninqlərdə təlimçi kimi iştirak etmişdir.

2.    Sanar Məmmədov (dekabr 2002 - oktyabr 2006)
1973-cü ildə Bakıda anadan olub. 1991-1996-cı illər ərzində Azərbaycan Dillər Universitetində təhsil alıb. 1996-2000-cı illərdə həmin universitetdə aspiranturada oxuyub. Təhsilini 2002-ci il iyun-avqust ayları ərzində Corc Vaşinqton Universitetində (George Washington University) davam etdirmişdir. 2000-ci il fevral ayından Azərbaycan Marketinq Cəmiyyətində ekspert, 2002-ci ilin dekabr ayından isə içracı direktor vəzifəsində öz fəaliyyətini davam etmişdir. 2006-cı ildən Azersun Holding-də marketinq departamentində layihə rəhbəri vəzifəsində çalışır.

3.    Fuad Əliyev (2006-2008)
1979-ci ildə Bakıda anadan olub. 1996-2000-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2001-2002-cı illərdə Mərkəzi Avropa Universitetində (Central European University), Macarıstanda təhsilini davam etdirib. 2000-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yaninda Dövlət İdarəçilik Akademiyasında magistr dərəcəsini almışdır. 2003-cü ildən İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində tədqiqatçı kimi çalışmış, daha sonra isə həmin mərkəzin aspiranturasına qəbul olmuşdur. 2006-cı ildən 2008-ci ilə qədər Azərbaycan Marketinq Cəmiyyətinin icraçı direktoru vəzifəsində çalışmışdır. 2008-ci ildən Azərbaycan Diplomatik Akademiyasında layihə rəhbəri kimi işləyir.

AMC-nin icraçı direktor vəzifələrini içra edən:

1.    Samirə Qafarova (iyul 2008 – iyul 2009)
1986-ci ildə Qaxda anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2007-ci ildən turizm şirkətində işləməyə başlayıb və 2008-ci ilin aprel-iyul aylarından “Ziya Turizm” şirkətində direktor vəzifəsində calışıb. 2008-ci ilin iyul ayından 2009-cu ilin iyul ayınadək Azərbaycan Marketinq Cəmiyyətinin içraci direktoru vəzifəsini yerinə yetirmişdir. Hal-hazırda www.eco.az layihəsi ilə məşğul olur.

2.   Aygül İsayeva
Aygül İsayeva orta təhsilini Gürcüstanda fərqlənmə ilə başa vurduqdan sonra 2002-ci ildən Xəzər Universitetinin İqtisadiyyat və Menecement fakültəsinə daxil olmuşdur. 2006-cı ildə universiteti fəxri diplomla bitirmiş və elə həmin ildə də Avropanın ən tanınmış biznes institutlarından biri olan Norveç Menecment İnstitutunun magistraturasına qəbul olmuşdur. 2008-ci ildə Norveçdə marketinq üzrə magistratura pilləsini müvəffəqiyyətlə bitirmişdir.
2008-ci ildən Xəzər Universitetində Beynəlxalq Əlaqələr və Layihələr üzrə rektor assistenti vəzifəsində çalışıb. Hal-hazırda Azərbaycan Marketinq Cəmiyyətində İcraçı Direktor əvəzi vəzifəsində çalışır. Eyni zamanda, Xəzər Universitetində marketinq, beynəlxalq biznes kimi fənlərdən dərs deyir və həmçinin doktorantura pilləsi üzrə təhsilini davam etdirir. Əsas tədqiqat sahəsinə marketinq, müştəri xidmətləri və s. daxildir. 
Tel: +994 12 430 0100; E-mail: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it


Tarix