1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

Tariximiz

Marketinq CemiyyetiAzərbaycan Marketinq Cəmiyyəti (AMC) 2000-ci ilin iyulun 7-də qurulmuşdur. AMC-nin Təsis Konfransında yerli və xarici şirkətlərin, qeyri kommersiya təşkilatlarının nümayəndələri, marketinq, biznesin idarə olunması və digər sahələrdə çalışan mütəxəssislər iştirak etmişlər.

Təşkilatın yaradılmasında məqsəd Azərbaycanda marketinq elminin yayılması, ümumi anlayışlarının, metodlarının və marketinqlə bağlı dünya təcrübəsinin təbliğ edilməsidir. Bu baxımdan biz, marketinqi sadəcə iqtisadi bir termin kimi deyil, daha geniş mənada - bir fəlsəfi düşüncə tərzi olaraq və Azərbaycanda demokratiyanın inkişafının ən mühüm amili kimi qəbul edirik.

AMC doqquz illik fəaliyyəti müddətində  sosial sahibkarlıqla, o cümlədən, marketinq tədqiqatlarının aparılması, investisiya layihələri və biznes planların hazırlanması işi ilə məşğul olaraq bir çox şirkət və müəssisələrin biznes tərəfdaşıdır. AMC iş adamları və intellektual gənclik arasında populyar olan "Marketinq" jurnalını da nəşr edir.

Cəmiyyət həmçinin Respublikanın müxtəlif elmi tədqiqat və təhsil müəssisələri üçün qeyri kommersiya xarakterli xidmətlər göstərərək təhsil və təlim fəaliyyətinə də cəlb olunmuşdur.