Hal hazırda davam edən Layihələr
• AMC Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin zəmanəti əsasında Ümumdünya Ticarət Təşkilatının (WTO) Beynəlxalq Ticarət Mərkəzinin (ITC) Azərbaycanda rəsmi partnyoru kimi təsdiq edilmiş və Ümumdünya Ticarət Təşkilatının fəaliyyət prinsipləri haqqında informasiya kampaniyalarını təşkili işinə başlamışdır. Layihə rəsmi olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən də dəstəklənir;• Hollandiyanın ETCN təşkilatı ilə birgə Niderland Marketinq İnstitutunun “Marketinq” təlim proqramının Azərbaycanda təşkili. Azərbaycanda fəaliyyət göstərən biznes qurumları tərəfindən dəstəklənir;
• “Azərbaycanın təhsil ocaqlarında korrupsiya ilə mübarizədə tələbə qruplarının gücləndirilməsi” mövzusunda layihə reallaşdırılır. Bu layihə ABŞ səfirliyi tərəfindən dəstəklənir;
• Dünya Bankı tərəfindən maliyyələşdirilən və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənən “Kənd təsərrüfatının kreditləşməsi və inkişafı” layihəsi;
• BMT-nin İnkişaf Proqramının Qlobal Saziş Şəbəkəsi ilə bağlı layihəsi həyata keçirilmişdir;
• “Azərbaycanın İxrac Kataloqu 2009” çap, CD-ROM və İnternet versiyasının hazırlanması. İctimai Birliyin öz vəsaiti hesabına;
• Ümumdünya Ticarət Təşkilatının Beynəlxalq Ticarət Mərkəzinin dəstəyi ilə “Azərbaycanda ticarətin inkişafı və ixrac rəqabətqabiliyyətliliyi proqramı” çərçivəsində həyata keciriləcək layihələr;
• İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda islam maliyyəsinin təşviqi və tətbiqinə dəstək proqramı” çərçivəsində həyata keciriləcək layihələr;
• Counterpart İnternational tərəfindən dəstəklənən Rəqabətqabiliyyətliliklə bağlı layihə.





