1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

Müxtəlif beynəlxalq təşkilatlarla fəaliyyətimiz

Fealiyyet2000-ci ildən başlayaraq Marketinq Mütəxəssisləri İctimai Birliyi müxtəlif beynəlxalq və yerli təşkilatlarla və şirkətlərlə birlikdə bir çox qısa və uzunmüddətli layihələr həyata keçirmişdir.

• “Azərbaycanda infrastrukturun inkişafında dövlət-özəl əməkdaşlığı imkanları” mövzusunda tədqiqatın aparılması. Layihə USAİD hesabına Counterpart İnternational tərəfindən dəstəklənmişdir;

•    Dünya İqtisadi Forumunun “Dünya Rəqabətqabiliyyətliliyi İndeksi” Hesabatının hazırlanmasında iştirak və Azərbaycan üzrə sorğunun həyata keçirilməsi (2005-2009);

•    Qari Armstronq və Filip Kotlerin “Marketinq: İlk Addım” kitabının tərcüməsi və nəşri. Kitab Azərbaycan Respulikasının Təhsil Nazirliyinin Elmi metodiki Şurası tərəfindən əlavə dərs vəsaiti kimi tövsiyə olunmuşdur. Layihə ABŞ Dövlət Departamenti və Avrasiya Fondu tərəfindən dəstəklənmişdir;

•     USAID, World Learning və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dəstəklənən “Biznes naminə notariat xidmətləri üzrə ictimai təhsil” layihəsi. Layihənin əsas məqsədi sahibkarlıqda notariat sisteminin rolu və mühümlüyü barədə biliklərin artırılması vasitəsi ilə mülkiyyət hüquqlarının qorunmasını təkmilləşdirməkdən, o cümlədən sahibkarlıqda notariusların rol və məsuliyyətini vurğulamaqdan ibarət olmuşdur. Layihənin komponentləri aşağıdakıları ehtiva edirdi:
1) treninqlərin təşkili və keçirilməsi;
2) qəzetlərdə həftəlik məlumatların yerləşdirilməsi;
3) İctimai Xidmət Elanlarının hazırlanması və sistemləşdirilməsi, onaların radio vasitəsilə yayımlanması;
4) elanların hazırlanması və yerləşdirilməsi.

• “Bazara səmərəli çıxış imkanları” layihəsi Bərdə, Tərtər rayonlarında və Minqəçevir şəhərində dəri, süd məhsulları və sirkə istehsalında və marketinqində olan vəziyyətin dəyərləndirilməsi və sonrakı inkişafı ilə bağlı əlaqədar dövlət orqanları və zəif istehsalçılara daha əlverişli, o cümlədən bazara çıxışda seçim imkanı barədə tövsiyyələr hazırlanması, bununla yanaşı hədəf ərazilərdə daha effektiv biznes müdaxilələri olunması üçün “Oxfam”-ın mikro-maliyyə proqramını təmin etmək məqsədi daşıyır;

•  USAID və CRS tərəfindən dəstəklənən Azərbaycan Vətəndaş Cəmiyyətinin Inkişafı Proqramı. 3 illik proqramın əsas məqsədi QHT-lərin potensiallarını möhkəmləndirməklə effektiv, xeyirxah, məsuliyyətli ictimaiyyət uğrunda maraq vəkilliyi vasitəsilə siyasətin qurulmasında ictimaiyyətin iştirakını artırmaq;

• “Azərbaycandakı sosial həssas qrupların bazara bərabər çıxış imkanları” layihəsi (CRS/ACSD proqramı çərçivəsində). İctimai Məlumatlandırma Kampaniyasının əsas məqsədi kiçik sahibkar və fermerlərin bazara bərabər çıxış imkanlarını müfəssəl şəkildə vurğulamaq və müxtəlif tədbirlərin təşkili, mühüm tövsiyyə və təkliflərin irəli sürülməsi ilə ictimai vəkilliyin icra edilməsi vasitəsilə əlaqədar dövlət orqanları, siyasət qurucuları, ictimaiyyətə bu məlumatı çatdırmaqdan ibarətdir;

•    “Şəffaflıq Azərbayan” təşkilatı ilə birgə Azərbaycanda “Biznes Etika” üzrə müxtəlif biznes təşkilatları və tanınmış şirkətlər üçün 30-dan artıq treninq və konsaltinq işinin gerçəkləşdirilməsi, professional Etika Kodekslərin yazılmasında dövlət və özəl qurumlara dəstək. Layihə ABŞ-ın Ticarət Departamenti tərəfindən maliyyələşdirilmişdir;

•  Təhsil və mədəniyyət sahələrində fəaliyyət göstərən yerli Azərbaycan QHT-ləri üçün treninqlərin təşkili və keçirilməsi. Mövzu ölkədə fəaliyyət göstərən QHT-lərin inkişafı və idarə edilməsinin əsas elementlərini - strateji planlaşdırma, effektiv idarəetmə, ictimaiyyətlə əlaqələr, maliyyə axtarışı və menecment dairəsi layihəsi kimi mövzuları ehtiva edir. Layihə Açıq Cəmiyyət İnstitutunun (SOROS Fondunun) maliyyə dəstəyi ilə həyata keçirilmişdir;

•    Sənətkarlıq və tətbiqi incəsənət sahələrində marketinq təhlili. Layihə Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir;

•    Avrasiya Fondunun maliyyə dəstəyi ilə marketinq sahəsində İnformasiya Kampaniyasının həyata keçirilməsi. Layihənin əsas məqsədi və fəaliyyəti Bakı, Lənkəran, Masallı və Cəlilabad ərazilərində “Biznes İcması üçün Marketinq” seminar və dəyirmi masa müzakirələrinin təşkilindən, “Marketinq” Əlavəsinin “Zerkalo” qəzetində nəşrindən, marketinq və digər mövzular üzrə internet səhifələrin inkişaf etdirilməsindən ibarət olmuşdur;

•    Avrasiya Fondunun maliyyə dəstəyilə Azərbaycan Turizm İnformasiya Sisteminin   yaradılması;

•    Almaniyanın “Hess Gmbh” şirkətinin Azərbaycandakı partnyoru olaraq Almaniyanın Karlsrue şəhərində hər il keçirilən “Resale” işlənmiş istehsal avadanlığı sərgisində Azərbaycan iş adamlarının iştirakının təmin edilməsi. Azərbaycanda fəaliyyət göstərən biznes qurumları tərəfindən dəstəklənir;

•    CHF tərəfindən dəstəklənən biznes planlaşdırılması və investisiya layihələri üzrə regionlardakı icma üzvləri üçün trenerlərin treninqi;

•    ABŞ səfirliyinin maliyyə dəstəyilə Nobel mükafatı laureatı Cozef Stiqliçin “Qloballaşma və   onun doğurduğu narazılıqlar” kitabının çap edilməsi;

•    Dünya Bankı tərəfindən dəstəklənən Sosial TV reklamlarının hazırlanması və TV kanalı vasitəsilə yayımlanması.