Dövlət qurumları ilə fəaliyyətimiz
• “Azərbaycan məhsullarının ixrac potensialı və dünya bazarında müqayisəli üstünlükləri” üzrə konsaltinq xidmətlərinin göstərilməsi və təhlili, müvafiq tövsiyyələrin verilməsi. Azərbaycan Respublikasının Dövlət Büdcəsi tərəfindən dəstəklənib;
• “Konsaltinq xidmətlərinin göstərilməsi və regionlarda marketinq xidmətlərinin vəziyyəti və yaradılması imkanlarının təhlili” Layihəsi. Azərbaycan Respublikasının Dövlət Büdcəsi tərəfindən dəstəklənib;
• Dünya Bankı və Aqrar Sektorda Özəl Fermer Təsərrüfatlarının İnkişafına yardım üzrə Dövlət Agentliyinin dəstəyi ilə kənd təsərrüfatı sektorunda fermer və torpaq mülkiyyətçiləri üçün marketinq metodlarının öyrədilməsi üzrə silsilə treninq və işçi görüşlərin keçirilməsi, tövsiyyələrin hazırlanması məqsədilə Aqromarketinqin Təşkili üzrə İnformasiya kampaniyasının təşkili;
• “Azərbaycan İxrac Kataloqu 2007/2008” çap, CD-ROM ve İnternet versiyasının hazırlanması. Layihə Avrasiya Fondunun dəstəyi ilə həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadi İnkişaf və Xarici İşlər Nazirlikləri layihəyə rəsmi dəstək vermişlər;
• Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə “Mədəni irsin öyrənilməsi” haqqında ölkə əhalisi arasında sosioloji sorğunun keçirilməsi;
• Azərbaycan Respublikası Milli Məclisinin komissiyalarında qanun layihələrinin müzakirəsində iştirak və ekspert rəylərinin bildirilməsi.






