Özəl sektorla fəaliyyətimiz
• “Marketinq” aylıq işgüzar jurnalının yaradılması və inkişafına dəstək (2006-2009);
• “Особенности маркетинга по Азербайджански” kitabının maliyyələşdirilməsi. İctimai Birliyin öz vəsaiti hesabına;
• Bakı şəhərində 2001-ci ildə yaradılımış “Özəl Muasir Təhsil Kompleksi” üçün qısa və uzun müddətli marketinq proqramlarının hazırlanması;
• “Nurgün” Şirkətlər Qrupu, “Ziya” şirkətlər Qrupu, “Meridian”, KfW, Azərdəmiryolbank və s. özəl sektorda fəaliyyət göstərən digər bir çox qurumların əməkdaşları üçün marketinq, menecment və biznes etika üzrə ixtisaslaşmış treninq kursları;
• “Tomen” Korporasiyası üçün Azərbaycanda avtomobil bazarının vəziyyətinin təhlili;
• “British American Tobacco” şirkəti üçün dövrü mətbuatın monitorinqi;
• “BBOT” şirkətinin dəstəyi ilə Bakı şəhərində telekommunikasiya bazarı haqqında marketinq tədqiqatı;
• Dr. Hafiz Paşayevin “Racing Up Hill” kitabının azərbaycan dilinə tərcümə edilməsi və nəşri. İctimai Birliyin öz vəsaiti hesabına;
• Böyük, orta və xırda sahibkarlıq üçün biznes məsləhətlərin verilməsi və 50-dən çox biznes plan və investisiya layihəsinin tərtib edilməsi (ictimai əsaslarla).






