Universitetlərlə iş fəaliyyətimiz
• Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Biznes Universiteti, Bakı Slavyan Universiteti, Kooperasiya Universiteti və digər universitetlərin tələbələri üçün AMC nəzdində istehsalat təcrübəsinin təşkili (2002-2009). Qeyd edilən dövrlər ərzində 300-dən artıq tələbə və gənc müvafiq biznes və marketinq biliklərinə yiyələnmişlər;
• Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində yaradılmış “İntermen Klub” QHT-ə texniki dəstəyin təminatı - ofis, kompyuter, printer, ofis mebeli, internetə çıxış və s.;
• Böyük Britaniyanın Oksford Azad Universitetinin Azərbaycanda məlumat yayımı və tələbələrin bu universitetə göndərilməsinə yardım. Oksford Universiteti tərəfindən dəstəklənir;
• Xarici ekspertlərin iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün treninqlərin təşkil olunması.


