1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

2011-2012 Qlobal Rəqabətlilik Hesabatı

PDF Print E-mail

 

Yaponiya isə keçən ilki yerinə nisbətən üç pillə geriləməsinə baxmayaraq, Asiya iqtisadiyyatında ikinci yeri tutmaqla hesabatda 9-cu yerdə dayanır.  

Amerika Birləşmiş Ştatları üç ildə hesabatda öz tənəzzülünü davam etdirmiş və bir cərgə daha düşərək beşinci yerdə qərar tutmuşdur. Böyüməyə davam edən makroiqtisadi zəifliklərə əlavə olaraq, ABŞ-ın instutsional mühitinin bəzi aspektləri biznes başçıları arasında, xüsusilə də siyasətçilər və problemlərə ictimaiyyətin az etimadına uyğun olaraq hökumətin təsirsizliyi ilə bağlı narahatlıq yaratmaqda davam edir. Baxmayaraq ki, Almaniya bir pillə geriləyərək altıncı pilləyə düşüb, lakin yenə də o, Avrozona daxilində lider olaraq qalır. Hollandiya (7-ci) bir pillə qalxarkən, Fransa üç pillə geriləyərək 18-ci sıraya düşüb, Yunanıstan isə öz aşağı pillə tendensiyasını davam etdirərək 90-cı sırada qərar tutmuşdur. Rəqabət yüksəldici islahatlar regionda canlandırıcı inkişaf üçün və  əsas problemlərin həllində, maliyyə  konsolidasiya və davamlı işsizlikdə başlıca rol oynayacaq.

Nəticələr göstərir ki, ötən yeddi il ərzində qabaqcıl iqtisadiyyatdakı rəqabət ləngidiyi müddətdə, o öz inkişafını daha sabit vəziyyət və iqtisadi fəaliyyətdəki qabaqcıl iqtisadiyyatdan inkişaf etməkdə olan iqtisadiyyata doğru üzə çıxarmaqla mövcud olan yerdəyişməni bir çox inkişaf etməkdə olan bazarlarda yüksəltdi. Çin Xalq Respublikası (26-cı) bir pillə daha irəliləyərək və öz mövqeyini ilk 30-luqda möhkəmləndirərək böyük inkişaf etmiş  iqtisadiyyat yoluna rəhbərlik etməyə davam edir. Böyük dördlük ölkələri iqtisadiyyatları arasında Hindistan (56-cı) və Rusiya (66-cı) eniş edərkən, Cənubi Afrika (50-ci) və Braziliya (53-cü) isə yuxarıya doğru hərəkət etdi. Bir çox Asiya iqtisadiyyatları Yaponiya (9-cu) və Hong Kong-la (11-ci) birgə ilk 20-likdə güclü şəkildə çıxış edir.

Orta Şərqdə Səudiyyə Ərəbistanı (17-ci) ilk 20-liyə birinci dəfə üçün daxil olarkən Qətər (14-cü) ilk 20-likdə öz yerini bərkitməkdə davam edir. İsrail (22-ci), Birləşmiş Ərəb Əmirlikləri (27-ci), Küveyt (34-cü) və Bəhreyn (37-ci) isə sıranı davam etdirir. Bir çox Körfəz Ölkələri öz inkişaf tendensiyasını davam etdirir. Aşağı Saxara, Cənubi Afrika (50-ci) və Mavritaniya (54-cü) isə Rwanda (70-ci),  Botsvana (80-ci) və Namibiya sıranı davam etdirməklə bu reytinqin üst yarısında dayanmışdır. Latın Amerikasında isə Çili (31-ci) lider olaraq qalır və Panama (49-cu), Braziliya (53-cü), Meksika (58-ci) və Peru (67-ci) kimi bir çox ölkələr öz rəqabətliliyini inkişaf etdirir.

Hesabatda Azərbaycan qlobal rəqabətə görə lider ölkə kimi göstərilib. Ölkə iqtisadiyyatındakı dinamik artım Azərbaycanı bu il də lider edib. Artıq Azərbaycandakı dinamik inkişaf beynəlxalq təşkilatlar tərəfindən də diqqətlə izlənir və qiymətləndirilir.  Belə ki, ölkə Dünya İqtisadi Forumunun 2010-2011-ci ildəki Qlobal Rəqabət Hesabatındakı 57-ci yerindən iki pillə irəliləmiş və 2011-2012-ci ildəki Hesabata a əsasən Azərbaycan 55-ci yerdə və MDB ölkələri arasında isə yenə də birinci yerdə göstərilmişdir.

Azərbaycan Marketinq Cəmiyyəti Dünya İqtisadi Forumunun Azərbaycan üzrə partnyor təşkilatıdır.

Share/Save/Bookmark