İxrac Kataloqu 2011
Tədbiri Azərbaycan Marketinq Cəmiyyəti idarə heyətinin sədri Rəhim Hüseynov açmışdır. Hüseynov ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün İxrac Kataloqunun nəşrinin əhəmiyyətindən danışmış, bundan sonra da bu tipli Layihələrin həyata keçiriləcəyini qeyd etmişdir. Təqdimat mərasimində həmçinin Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev də çıxış edərək bu kataloqun Azərbaycanın ixrac potensialının təşviqində əhəmiyyətli iş görəcəyini deyib. O qeyd edib ki, bu gün 60-dan çox xarici ölkədə Azərbaycanın səfirlikləri və nümayəndəlikləri fəaliyyət göstərir.
"Biz bütün səfirliklərə bu kataloqu verəcəyik və səfirliklərin bu kataloqu yaymağını təşviq edəcəyik", - Məmmədquliyev əlavə edib.
Nazir müavini AMC-yə tövsiyə edib ki, kataloq gələcəkdə fransız və ispan dillərinə də tərcümə edilsin.
Millət vəkili İlham Məmmədov öz çıxışı zmaanı qeyd edib ki, bu kataloqun hazırlaması Azərbaycan iqtisadiyyatı üçün töhfədir.
"Akkord" korporasiyasının nümayəndəsi Bəhruz Əliyev öz növbəsində təmsil etdiyi şirkətin də xarici əlaqələrinin genişlənməsində bu kataloqun mühüm rol oynayacağını qeyd edib.
| < Prev | Next > |
|---|






