1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

Rəsm Sərgisi

PDF Print E-mail

  Qeyd edək ki, Rəsm Müsabiqəsinə sentyabrın 15-də start verilmişdir. Oktyabrın 31-nə qədər davam edən müsabiqə çərçivəsində 15 rəsm əsəri seçilərək rəsm müsabiqəsinə qəbul edilmiş və onların arasından 10 nəfər tərəfindən verilmiş gizli səsvermə yolu ilə 5 rəsm əsəri seçilmişdir.

   Noyabrın 19-da keçirilən sərgidə ilk öncə layihənin rəhbəri Gülnar Süleymanova çıxış edərək layihə barədə, həmçinin də layihə çərçivəsində indiyəcən görülən və bundan sonra görüləcək işlər barədə məlumat verdi. Daha sonra rəsm müsabiqəsində qalib gələn rəssamlar mükafatlandırıldı. 4-cü və 5-ci yerlərə layiq görülən rəssamlara Həvəsləndirici Sertifikatlar təqdim edildi. Digər üç yerin qalibi isə müvafiq sertifikatlarla bərabər aşağıdakı kimi pul mükafatları ilə mükafatlandırıldı. :

 Birinci yerin qalibi:  400 $

 Ikinci yerin qalibi:    300 $

 Üçüncü yerin qalibi: 200 $

  Daha sonra çəkdiyi rəsm əsəri ilə 1-ci yerə layiq görülmüş Şükürlü Şəbnəm çıxış edərək birinci yerə layiq görüldüyü üçün təşəkkür etdi və bu cür sosial maarifləndirmə tipli layihələrin bundan sonra da davam etməsini arzu etdi.   

  Qeyd edək ki, qalib gəlmiş 5 rəsm əsəri müəlliflərin adları da qeyd olunmaqla plakat şəklində çap edilərək şəhərin müxtəlif yerlərində əhaliyə paylanacaq. Qalib gəlmiş 1-ci yerin müəllifinin rəsm əsəri isə Billboard şəklində Bakı şəhərində asılacaq. 

Share/Save/Bookmark