Qlobal ümid və ümidsizlik barometri
Bu da o deməkdir ki, ölkə əhalisi gələcəyə ümid bəsləyir, növbəti ildə hazırkı ilə nisbətən əhalinin rifah səviyyəsinin daha da yüksələcəyinə inanır və ölkəmizin 2012-ci ildə inkişafına böyük nikbinliklə baxır. Bundan əlavə, Azərbaycan cari ildə ən yüksək irəliləyiş əldə etmiş ölkələr sırasında ilk yerlərdən birini tutur. Eyni zamanda, araşdırma bunu da göstərir ki, ümidsizlik dərəcəsi Avropa və Şimali Amerikada dünyanın digər ölkələri ilə müqayisədə daha yüksəkdir. Hesabatda qeyd edilir ki, son 34 il ərzində keçirilən sorğulara nisbətən bu ilin göstəricilərini dünya üzrə ən pessimist göstəricilər hesab etmək olar.
Sorğu bu il dünya ölkələri üzrə 45 000-dən artıq respondent arasında aparılmışdır. Etibarlı və yüksək peşəkarlıqla fərqlənən metodologiya, respondentlərin geniş əhatə dairəsi və ümumi obyektivliklə seçilən bu reytinqdə Azərbaycanın yüksək templərlə irəliləməsi ölkədə aparılan islahatlar və siyasətin əhali tərəfindən yüksək qiymətləndirilməsi və nəticədə gələcəyə inamla baxmasına sübutdur.
Qısa arayış: “Gallup International” araşdırma və sorğu Assosiasiyası 60 ildən artıq bir dövrdə fəaliyyət göstərir və dünyada sosial, siyasi və iqtisadi tədqiqatlar üzrə aparıcı araşdırma qruplarından biridir. “Qlobal Ümid və Ümidsizlik Barometri” hesabatı isə 1977-ci ildən başlayaraq ildə bir dəfə hazırlanır.
| < Prev | Next > |
|---|






