1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - Two factors make a man work: Greediness for money earning and fear of losing it
  • Tomas Robert - Don’t say “I work”, show what you earn!
  • Andre Morua - Business is a combination of sports and war
  • Tomas Robert - Quality is the best advertising for a good
  • Bencamin Dizraeli - There are three kinds of lies: lies, damned lies, and statistics

Azərbaycan Marketinq Cəmiyyəti və Global Saziş Şəbəkəsi

PDF Print E-mail

 Global_logo

Azərbaycan Marketinq Cəmiyyəti və Global Saziş Şəbəkəsi

 Azərbaycan Marketinq Cəmiyyəti (AMC) 2006-cı ildən Qlobal Saziş Şəbəkəsinin fəal üzvlərindədir. Qlobal Saziş Şəbəkəsinin məqsədi dörd qrupa bölünmüş on prinsip əsasında dünyada əmək standartlarına əməl edilməsi, əmək hüququnun qorunması, ekologiyanın qorunması və antikorrupsiya məsələləri ətrafında bütün dünyada işlərin aparılmasıdır.

Qlobal Saziş Şəbəkəsində üzvlüyün verdiyi imkanlar aşağıdakılardır:

  • Ümumi inkişaf naminə əməkdaşlıq;
  • Azərbaycanda bu prinsiplərin yayılması vasitəsilə  biznesin səmərəliliyinin artırılması; 
  • Qlobal Sazişin (QS) imkanları hesabına Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında iştirak;
  • Digər ölkələrin təcrübəsindən faydalanma imkanları;
  • Azərbaycanda biznesin sosial məsuliyyətinin artırılması fəaliyyətlərində birgə iştirak imkanı;
  • Lokal şəbəkə vasitəsilə maneələrin aradan qaldırılması üçün kollektiv fəaliyyətlər.

Bu imkanlardan yararlanaraq AMC aşağıdakı vəzifələri yerinə yetirir:

  • Sahibkarlıq fəaliyyətində QS-nin prinsiplərini idarəetmə elementinin, strategiyanın, mədəni və gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevirmək;
  • İllik və ya dövrü hesabatlarda QS və prinsipləri necə dəstəklədiyinizi əks etdirmək;
  • İctimaiyyət qarşısında QS və prinsipləri müxtəlif vasitələrlə dəstəkləmək.

 Azərbaycanda Qlobal Saziş Şəbəkəsinin Perspektivləri:

  • BMT-nin “Minilliyin İnkişaf Məqsədləri” kimi layihələrində iştirak imkanı;
  • Dövlət qurumları, ictimai birliklər, sosial qruplarla əməkdaşlıq;
  • Lokal şəbəkələr vasitəsilə QS-nin prinsiplərinin genişlənməsi;
  • Lokal şəbəkələrin köməyilə tədris təcrübəsinin möhkəmləndirilməsi və BMT-nin daha geniş məqsədlərinə dəstək;
  • Yerli, ölkə, beynəlxalq səviyyəli tədrislərin təşkili və tədrisdə iştirak;
  • Qloballaşma və korporativ vətəndaş mövqe ilə bağlı QS çərçivəsində həyata keçirilən görüş və praktikumlarda Azərbaycanın təmsil edilməsi;
  • İllik Lokal Şəbəkələr Forumunda dövlətin iştirakı, idarəetmə, strategiya, QS prinsiplərinin təbliği üzrə fəaliyyət nəticələrindən bəhrələnmə;
  • Qlobal Sazişin həyata keçiridiyi sorğudan faydalanma.
Share/Save/Bookmark