Zaqatalada seminar
Azərbaycan Marketinq Cəmiyyəti ÜTT-na üzvlüklə bağlı danışıqları dəstəkləmək üçün yaratdığı koalisiya və “Counterpart İnternational “şirkəti ilə birlikdə Azərbaycan ərazisində keçiriləcək məlumat xarakterli seminarlardan dördüncüsünü Zaqatala şəhərində həyata keçirdi.
Zaqataladakı görüş kompaniyanın bir hissəsi olub, biznes strukturları, dövlət və QHT-lərin səylərini birləşdirib, üzvlüyün ənənəvi və yeni biznes sektorlarında iqtisad inkişafı stimullaşdırmaq və yeni iş yerlərinin açılması məqsədlərinə necə yaxınlaşdıra biləcəyini daha yaxşı başa düşmək məqsədi daşıyırdı.
Koalisiya tərəfindən keçirilən hər bir seminar mütəxəssis tərəfindən keçirilmiş və regionlarımızın mövcud iqtisadi xüsusiyyətlərinə uyğunlaşdırılmışdır.
| < Prev | Next > |
|---|





