1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - Two factors make a man work: Greediness for money earning and fear of losing it
  • Tomas Robert - Don’t say “I work”, show what you earn!
  • Andre Morua - Business is a combination of sports and war
  • Tomas Robert - Quality is the best advertising for a good
  • Bencamin Dizraeli - There are three kinds of lies: lies, damned lies, and statistics

Masallı şəhərində seminar

PDF Print E-mail

Azərbaycan Marketinq Cəmiyyəti ÜTT-na üzvlüklə bağlı danışıqları dəstəkləmək  üçün yaratdığı koalisiya və “Counterpart İnternational “şirkəti ilə birlikdə Azərbaycan ərazisində keçiriləcək məlumat xarakterli seminarlardan növbəti seminarı  Masallı şəhərində  həyata keçirdi.

Bu Azərbaycan ərazisində keçirilən məlumat xarakterli seminarlardan beşincisidir. Birinci seminar Sumqayıtda, ikincisi Qusarda, üçüncüsü Mingəçevirdə, dördüncüsü Zaqatalada keçirilmiş, seminarlarda əsas sektorların 40 aparıcı biznes nümayəndəsi və QHT liderləri iştirak etmişdir.

Sumqayıt, Qusarda, Mingəçevirdə və Zaqatalada olduğu kimi, Masallıdakı müzakirədə də turizm, yeyinti istehsalı, ticarət/ixracat, istehsalat və xidmət sahələrinin baş menecer və icraçı strukturlarının, eləcə də biznes assosiasiyalarının və dövlət nümayəndələrinin iştirakı ilə keçdi. Görüşün əsas məqsədi dövlətin üzvlüklə bağlı fəaliyyəti ilə daha yaxından tanış olmaq və üzvlüyün Masallıda  fəaliyyət göstərən qurumlara potensial faydaları anlamaqdır.

Share/Save/Bookmark