Azərbaycanın ÜTT-yə üzvlük prosesində kənd təsərrüfatı aspektləri
Azərbaycan Marketinq Cəmiyyəti Azərbaycanda rəsmi nümayəndəsi olduğu Beynəlxalq Ticarət Mərkəzi (BTM) ilə birlikdə “Azərbaycanın ÜTT-yə üzvlük prosesində kənd təsərrüfatı aspektləri” mövzusunda “Diplomat” mehmanxanasında yerli biznes nümayəndələrinin iştirakı ilə bir günlük seminar keçirdi.
Seminarda cənab Rajes Aggarval, BTM-in eksperti – ÜTT-yə üzvlük prosesində kənd təsərrüfatı aspektləri haqda qısa təqdimat ( Sazişlər, danışıqlar, öhdəliklər və s.) və digər ölkələrin ÜTT-yə üzvlük prosesində təcrübələri, özəl sektorun bu prosesdə rolu haqda məlumatı dinləyicilərə çatdırdı.Seminarda aşağıdakı məqamlara daha çox diqqət ayrıldı:
• Kənd təsərrüfatı məhsulları ilə bağlı ikitərəfli danışıqların vəziyyəti
• Həsas məhsullar və onların qorunması
• Kənd təsərrüfatı subsidiyaları və danışıqların cari vəziyyəti
Xarici İşlər Nazirliyindən ÜTT məsələləri üzrə birinci katib Elmar Məmmədov da seminarda iştirak edərək bu mövzu ətrafında dövlətin mövqeyinə dair fikirlərini bildirdi.
| < Prev |
|---|





