1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - Two factors make a man work: Greediness for money earning and fear of losing it
  • Tomas Robert - Don’t say “I work”, show what you earn!
  • Andre Morua - Business is a combination of sports and war
  • Tomas Robert - Quality is the best advertising for a good
  • Bencamin Dizraeli - There are three kinds of lies: lies, damned lies, and statistics

Azərbaycan Marketinq Cəmiyyəti 2009-cu ildə ABŞ Səfirliyinin maddi dəstəyi ilə “Təhsildə korrupsiya ilə mübarizədə tələbə qruplarının gücləndirilməsi və səfərbər edilməsi” layihəsini həyata keçirmişdir.

PDF Print E-mail

 

AMC_logo

Azərbaycan Marketinq Cəmiyyəti 2009-cu ildə ABŞ Səfirliyinin maddi dəstəyi ilə “Təhsildə korrupsiya ilə mübarizədə tələbə qruplarının gücləndirilməsi və səfərbər edilməsi” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində Azərbaycan üzrə səkkiz təhsil ocağında tələbələrin korrupsiya ilə mübarizələrinin daha uğurla davam etdirilməsi üçün lazımi bacarıqlar tədris olunmuşdur.

Bakı şəhərində 6 universitet, Gəncə və Mingəçevir şəhərlərində bir universitet cəlb olunmaqla, layihə ətrafında 200-ə yaxın tələbə iştirak etmişdir. Həyata keçirilmiş təlimlər üç vəkillik, debat təlimləri və layihələrin idarə olunması hissələrindən ibarət olmuşdur. Təlimlərdə hər universitetdən 20 tələbə seçim yolu ilə iştirak etmişdir. Layihədə iştirak edən tələbələr qazandıqları bacarıqları İctimai Televiziyada yayımlanan verilişdə nümayiş etdirmişlər. Korrupsiyaya qarşı mübarizəyə həsr edilmiş bir günlük seminarın əsas məqsədi yeni ideya və tətbiq strategiyalarını, qazanılmış təcrübə və bacarıqları müzakirə etməkdir.

Layihənin reallaşmasında Şəffaflıq Azərbaycan və Vətəndaş Debat İctimai Birliyi texniki yardım göstərmişdir.

Bu  layihənin  yekunu olaraq 16 Yanvar 2010-cu il tarixində Korrupsiya ilə mübarizəyə həsr olunmuş seminar keçirilmişdir.

 

Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidməti

 

Share/Save/Bookmark