Azərbaycan Marketinq Cəmiyyəti “Azərbaycan İxrac Kataloqu 2009-2010” nəşrini təqdim edir!

Azərbaycan Marketinq Cəmiyyəti (AMC) bu il Azərbaycan şirkətlərinin rəqabətqabiliyyətli məhsul və xidmətlərinin dünya bazarlarına çıxarılması, yeni xarici istehlak bazarları və partnyorların tapılması ilə əlaqədar mövcud problemin həlli məqsədilə “Azərbaycan İxrac Kataloqu” 2009-2010 layihəsini həyata keçirmişdir. Qeyd etmək istərdik ki, bu Kataloq artıq ikinci dəfə nəşr edilir və əvvəlki nəşr 2008-ci ildə həyata keçirilmişdir.
Azərbaycan Marketinq Cəmiyyəti 10-illiyini qeyd edir!

2000-ci ilin iyulun 7-də təsis edilən Azərbaycan Marketinq Cəmiyyəti (AMC) “Zəngin və nüfuzlu Azərbaycan naminə!” şüarı altında fəaliyyət göstərən, 10 illik bir tarixə malik olan, Azərbaycanda marketinq ideyalarının yayılması kimi vacib bir missiyanı yerinə yetirməyə çalışan qeyri-kommersiya və qeyri-hökümət təşkilatıdır.
NİMA Marketinq-A Proqramı Gənclər Təqaüdü Kampaniyası

Azərbaycan Marketinq Cəmiyyəti (AMC) ETCN-nin tərəfdaşı kimi Azərbaycan gənclərinə Azərbaycan Respublikası daxilində NİMA Marketinq-A Proqramında iştirak etmək və Niderland Marketinq Institunun beynəlxalq səviyyədə tanınan diplomlarını almaq üçün Gənclər Təqaüdü Kampaniyasına başlayır.
QHT lider və fəalları üçün NİMA Marketinq-A proqramı
Azərbaycan Marketinq Cəmiyyəti QHT-lər üçün ictimaiyyətlə əlaqələrin qurulması sahəsində peşəkar kadrların hazırlanması məqsədilə “Marketinq-A” Niderland Marketinq İnstitutu (NİMA) tərəfindən icra olunan sertifikatlaşdırılmış proqramda iştirak müsabiqəsini elan edir.
Azərbaycan Marketinq Cəmiyyətinin 10 illiyi
Macarıstanda yerləşən Mərkəzi Avropa Universitetinin (MAU) Ali Biznes Məktəbinin “Mini-MBA” Proqramı
Azərbaycan Marketinq Cəmiyyəti (AMC) Mərkəzi Avropa Universitetinin (MAU) Ali Biznes Məktəbinin tərəfdaşı kimi Azərbaycan gənclərinə MAU Ali Biznes Məktəbinin “Mini-MBA” Proqramında iştirak etmək və MAU Ali Biznes Məktəbinin beynəlxalq səviyyədə tanınan diplomalrını almaq üçün Gənclər Təqaüdü Kampaniyasına başlayır.




