“İKT Marketinqi Mərkəzi”-ndə tədbir
Tədbirdə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı, təhsildə informasiya texnologiyaları və digər bölmələrdə mövzu ilə bağlı məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.
Müasir qloballaşma şəraitində elm və təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyi qeyd olunaraq, xüsusən təhsil müəssisələrində mühüm layihə və proqramların həyata keçirildiyi bildirilmişdir.
Cəmiyyətin sədr müavini Fuad Əliyev tədbirdə çıxış edərək bildirmişdir ki, informasiya texnologiyalarının sürətli inkişafı müxtəlif problemlərin həllində əvəzedilməz rol oynayır. Informasiya Texnologiyaları sahəsi Azərbaycanda da qeyri-neft sektorunda dinamik templə inkişaf edən və prioritetliyinə görə nəzarətdə olan başlıca sahələrdən biridir. Bu səbəbdən də İKT sahəsinin Azərbaycandakı inkişafına ciddi önəm verilir.
Digər məruzəçi, ekpert Zaur İsmayılov bildirmişdir ki, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, dövlət başçısı tərəfindən informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına böyük diqqət yetirilir və enerji sahəsindən sonra İKT-nin iqtisadiyyatımızda prioritet sahələrindən birinə çevrilməsinə mühüm əhəmiyyət verilir.
| < Prev | Next > |
|---|








