1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

Kitabxana

   AZƏRBAYCAN MARKETİNQ CƏMİYYƏTİNİN KİTABXANASINDAN İSTİFADƏ QAYDALARI

 

Azərbaycan Marketinq Cəmiyyəti (bundan sonra, AMC)

Azərbaycan Marketinq Cəmiyyətinin Kitabxanası (bundan sonra, kitabxana)

Kitabxanadan istifadə Qaydaları (bundan sonra, qaydalar)

 

― QAYDALAR ―

 

  • Kitabxana AMC-nin maddi və intellektual mülkiyyətidir. Bu mülkiyyət AMC-nin maliyyə vəsaitləri hesabına formalaşdırılmışdır.
  • Qaydalar bu mülkiyyətin qorunması, istifadəsi və davamlı olaraq insanların xidmətində olması üçün hazırlanmışdır. Kitabxanadan istifadə etmək istəyən şəxs bu qaydalarla tanış olmalı və yalnız sonra kitab və digər materiallardan yararlanmalıdır.

Qeyd. Digər materiallar dedikdə - jurnal, broşur, müxtəlif treyninq və təqdimatların nəticələrini əks etdirən materiallar, həmçinin müxtəlif kataloq və hesabatlar nəzərdə tutulur.

  • Kitabxana AMC-nin üzvlərinin və ümumən iqtisadiyyat sahəsində çalışan, həmçinin elmi, pedoqoji fəaliyyətlə məşğul olan şəxslərin istifadəsi üçün nəzərdə tutulmuşdur.
  • Kitabxanaya məsul şəxs – Kəmalə Səfərəliyeva.
  • Kitabxanadan kitab və ya digər materialları istifadə etmək üçün götürən şəxs ilk növbədə, aşağıdakı sənədlərdən birini təqdim etməlidir:
  1. AMC-nin üzvlük vəsiqəsi;
  2. Şəxsiyyətini təsdiq edən vəsiqə;
  3. Şəxsiyyətini təsdiq edən digər sənəd.

          Bu sənədlərin qanunvericiliklə müəyyən edilən müddət üzrə qüvvədə olması zəruridir. 

Qeyd. Qanunvericiliklə müəyyən edilən müddət dedikdə hər bir sənədin konkret yaş dövrlərində dəyişdirilməsinin zəruriliyi nəzərdə tutulur. Vaxtı keçmiş və ya qüvvədən düşmüş sənəd sonda kitabxanadan kitab və ya digər əhəmiyyətli materialların götürülməsinə və qaytarılmaması kimi manipulyasiyalara yol aça bilər.

Əgər, vəsiqə AMC tərəfindən təqdim edilibsə eynilə onun tarixinə baxılmalıdır.

Sənədi təqdim edərək qeydiyyatdan keçən şəxs müvafiq materialla təmin edildikdən sonra xüsusi listdə imza ataraq kitabı qaytaracağı tarixidə göstərməlidir. Kitabdan istifadə müddəti dedikdə maksimum 2 təqvim həftəsi (14 gün) nəzərdə tutulur.

Qeyd. Xüsusi list kitabxanaya məsul şəxs tərəfindən hazırlanır.

  • Kitabxana cari günlərdə (I-V) səhər saat 10:30-dan 17:30-a qədər fəaliyyət göstərir.
  • Kitabxananın bütün intellektual resursları (xüsusilə, kitablar) konkret sahələr üzrə qruplaşdırılaraq xüsusi işarələnmə ilə sistemləşdirilir. Bu nəticələr kompüterdə yerləşdirilir.
  • Kitabxananın resursları mütləq şəkildə kataloq üzrə seçilə bilər.
  • Əgər kitabxana materiallarını götürmək istəyən şəxsin əvvəlki dövrlərdə kitabxanaya borcu varsa, (köhnə borcu qaytarmamış) həmin şəxsə hər hansı bir yeni material təqdim edilə bilməz.
  • Kitabxanadan 5 saydan artıq kitab və/və ya hər hansı bir material götürülə bilməz. Bu daha geniş auditoriyanın qeyd olunan intellektual resurslarından istifadə etmə imkanlarını artırmaq məqsədi daşıyır.
  • Hər hansı bir materialın götürülməsi yalnız kitabxanaya məsul şəxsin (olmadığı təqdirdə AMC-nin müvafiq əməkdaşları) iştirakı ilə keçirilməlidir.
  • Bir sıra kitabxana materialları xüsusi kateqoriyaya aid olduğu üçün onların kitabxana xaricindən kənara çıxarılmasına icazə verilmir. Misal üçün, Dünya İqtisadi Forumu ilə bağlı illik hesabatlar aiddir.
  • Müvafiq kitabxana materialları ilə təmin edilən şəxs bu vəsaitlərlə ehtiyatla davranmalı və digər şəxslərində gələcəkdə eyni vəsaitdən istifadə edəcəyini nəzərdə tutmalıdır.

 

 AZƏRBAYCAN MARKETİNQ CƏMİYYƏTİNİN KİTABXANASI