1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

Mini MBA

Baki CEU Mini MBA

 

 

 

Mərkəzi Avropa Universiteti və Azərbaycan Marketinq Cəmiyyəti birlikdə Bakı Mini MBA kurslarını təqdim edir 

 

PROQRAM HAQQINDA

“Bakı Mini-MBA” proqramı Azərbaycan Marketinq Cəmiyyəti (AMC) və Quintintellect İnstitutunun birgə layihəsidir. “Bakı Mini-MBA” proqramı ilk dəfə 2010 –cu ildə Mərkəzi Avropa Universitetinin Ali Biznes Məktəbi ilə birlikdə həyata keçirilmişdir.

 

Bizim proqramlar sosial, siyasi, etik, mədəni amillərdən və digər ölkələrdə biznesi təşkil edərkən üzləşilən maneələrdən bəhs edir. Yarandığı gündən bu günə kimi, institut qlobal idarəetmənin nəzəriyyələrini, regionun keçid iqtisadiyyatının reallıqları və çağırışları ilə əlaqələndirməkdə əsas rol oynamaqda davam edir. AMC və tərəfdaşları tələbələrə yalnız  mürəkkəb cəmiyyətdə biznesi necə təşkil etməyi deyil, həmçinin  sosial dəyərlərin yüksək biznes mədəniyyətinə təqdim edilməsini də öyrədir, onları düşünməyə vadar edən mühazirələr, seminarlar vasitəsilə keyfiyytəli  proqram təklif etməklə institut biznes və cəmiyyəti irəli çəkir. 

 

BAKI “MINI-MBA” PROQRAMI KIMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB?

“Mini-MBA” proqramının məqsədi Azərbaycandan kənara çıxmadan dünyanın tanınmış universitetlərindən nüfuzlu professorların cəlb edilməsi ilə ABŞ və Avropa keyfiyyətli biznes təhsilinin təqdim edilməsidir. Təhsil Avropa və ABŞ-dan olan aparıcı professorlar tərəfindən ingilis dilində aparılır.

 

“MINI-MBA” PROQRAMININ ÜSTÜNLÜKLƏRİ

·        Gənc istedadlı insanlar üçün geniş inkişaf imkanı

·        Real MBA-ın "sıxılmış" versiyası

·        Biliyin ötürülməsi və bacarıqların inkişafı

·        Xaricə getmədən yüksək-səviyyəli xarici təhsil

·        Geniş şəbəkələşmə imkanları

PROQRAMIN TƏSVİRİ

“Mini-MBA” proqramının 6 həftə ərzində həftənin cümə günü günortadan sonra və bütün şənbə günləri keçirilməsi nəzərdə tutulmuşdur. Ümumi müddət 72 saat olacaqdır. Modulları Mərkəzi Avropa Universitetinin Ali Biznes Məktəbi, Miçiqan Universitetinin Ross Biznes Məktəbinin və digər aparıcı tədris müəssisələrinin professorları keçəcək, əlavə olaraq ehtiyac duyularsa yerli ekspertlərlə də əməkdaşlıq ediləcəkdir. Tədris ingilis dilində olacaq. Proqramın başlanğıcında hər bir iştirakçı tədris materialları və slaydlar da daxil olmaqla tam kurs paketini əldə edəcəkdir. 

Bütün modullar olduqca interaktiv və təcrübədən keçmiş modullardır. Multimedia alətləri  və komanda tapşırıqları öyrənmə təcrübəsini inkişaf etdirmək üçün istifadə olunur. Yeni konsepsiyalar və texnikalar iştirakçılara müstəqil işləyərkən bunları öyrənməyə köməklik edəcək.

Proqramın sonunda imtahanı müvəffəqiyyətlə keçən, məqbul biznes planı təqdim edən və proqramda iştirak müddəti 80%-dən çox olan iştirakçılar beynəlxalq Mini-MBA sertifikatı ilə təltif olunacaqlar. Bu sertifikat Avropa və ABŞ -da tanınır.

 

POTENSİAL İŞTİRAÇKILAR

İştirakçıların gözlənilən sayı: 30 nəfərə qədər.

 

TƏDRİS PROQRAMI

Proqram 6 moduldan ibarətdir:

1.    Strateji idarəetmə: Dr. Yusaf Akbar (CEU Business School)

2.    Beynəlxalq Xidmət Marketinqi: Dr. John David Branch (Ross, UofMICH)

3.    İşgüzar Kommunikasiyalar: Anthony Salati (Quintellect Institute)

4.    Layihələrin idarə edilməsi: Dr. Vinod Lall (Minnesota State University)

5.    Korporativ maliyyə və mühasibat: Dr. Numan Ulku (Amer. Univ., Bulgaria)

6.    Beynəlxalq biznes strategiyaları: Dr. Andrea Trocogna (MIB Trieste Italy)

 

QİYMƏT TƏKLİFİ

Standart qiymət 2500 AZN olduğu halda, Marketinq İcmasının xətti ilə minimum 20 nəfərlik qrup yığıldığı halda bir nəfərin üzərinə düşən qiymət 1500 AZN (birdəfəlik ödənişlə) və ya 1800 AZN (3 ay ərzində aylıq ödəmə ilə) olacaqdır. Bir modulda iştirakın standart qiyməti 700 AZN, amma Azərbaycan Marketinq İcmasının üzvləri üçün 400 AZN.

Proqram üzrə dərslər oktyabr ayından başlayacaq.

 

CEU application form 

CEU Business School Mini MBA 

Ərizə formasını doldurduqdan sonra bu e-mail adresinə göndərməyiniz xahiş olunur: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

 

ƏLAQƏ ÜÇÜN  MƏLUMAT 

Azərbaycan Marketinq Cəmiyyəti

A.Məhərrəmov  küçəsi 4,

Bakı, AZ1111 Azərbaycan Respublikası

Tel: +994-12-4300100

Fax: +994-12-4305757

E-mail: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it