Azərbaycan Marketinq Cəmiyyəti tərəfindən sosial yönümlü layihələr
Azərbaycan Marketinq Cəmiyyəti (AMC) yarandığı dövrdən etibarən sosial yönümlü bir təşkilat olmuş və bu gündə bu devizi əsas tutaraq Respublikamızda təhsilin inkişafı ilə bağlı müəyyən maarifləndirici tədbirlər həyata keçirir. Xüsusilə gənc nəsil arasında marketinq biliklərinin aşılanması daha vacibdir, çünki hər bir firmanın bazar iqtisadiyyatının tələblərinə uyğun səmərəli şəkildə fəaliyyət göstərməsi üçün vacib əhəmiyyət daşıyan amillərdən biri də ixtisaslı marketinq kadırlarının olmasıdır.
AMC istedadlı tələbə və gənclərin bu sahəyə olan marağını daha da artırmaq məqsədilə güzəştlər etmişdir. Belə ki, may ayının 24-də Park İnn otelində keçirilmiş tədbirdə qalib üç tələbə CEU Bakı Mini MBA Proqramında pulsuz iştirak hüququ əldə etmiş və digər tələbələrə isə güzəştlər nəzərdə tutulmuşdur.
AMC bundan sonra da bu sosial aksiyalarını davam etdirəcək və ölkəmizin inkişafı naminə öz səylərinin daha da gücləndirəcəkdir.
Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat mərkəzi.
| < Prev |
|---|





