Azərbaycan Marketinq Cəmiyyəti Cəlilabad rayonunda sahibkarlar arasında maarifləndirici seminar keçirmişdir.
Azərbaycan Marketinq Cəmiyyəti (AMC) 27-30 may 2010-cu il tarixlərində Cəlilabad rayonunda sahibkarlar arasında maarifləndirici seminar keçirmişdir. Seminarda AMC-nin Sədr müavini Fuad Əliyev, layihə assistenti Rəfsan Hüseynov və Keyfiyyət Assosasiyasından dəvət olunmuş keyfiyyət və standartlar üzrə mütəxəssis Samir Novruzlu iştirak etmişdir.
Seminarda əsas məqsəd sahibkarların və onların işçilərinin mövcud biliklərinin genişləndirilməsi, marketinq sahəsində biliklərin təkminləşdirilməsi, məhsulun rəqabətqabiliyyətliyinin mühüm göstəricilərindən biri keyfiyyət və standartlar, o cümlədən, satış probleminin həlli mütəxəssislərlə sahibkarlar arasında bilik mübadiləsi olmuşdur. Seminarda çıxış edən Fuad Əliyev bildirmişdir ki, bu gün firma və təşkilatlar marketinqə sonuncu proses kimi deyil, məhz ilkin proses kimi baxmalı, konkret bazarı öyrəndikdən sonra hər hansı bir fəaliyyətlə məşğul olmalıdır. Həmçinin cənab Əliyev qeyd etmişdir ki, bu gün fəaliyyətini dondurmuş firmaların iflasının əsas səbəbi (təxminən 50 %) məhz ilkin marketinq tədqiqatlarının olmamasıdır. Sonra isə cənab Əliyev düzgün seçilmiş seqmentlərlə düzgün əlaqələrin qurulmasında həvəsləndirici tədbirlərin, o cümlədən firmanın reklam, satış və satışdan sonrakı xidmət səylərini əsas amillər kimi vurğulamışdır.
Daha sonra çıxış edən Keyfiyyət Assosasiyasının mütəxəssisi Samir Novruzlu məhsulun keyfiyyət göstəriciləri haqqında danışmış, beynəlxalq standartların ölkəmizdə tətbiqi ilə bağlı öz fikirlərini bildirmişdir.
Sonda qeyd edək ki, AMC bundan sonra da bu tədbirləri davam etdirəcək və ölkəmizin inkişafı naminə öz səylərini daha da gücləndirəcəkdir. Biz sahibkarlardan bu sahədə Bizimlə əməkdaşlıq etmələrini xahiş edirik.

Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat mərkəzi.
| < Prev | Next > |
|---|