Azərbaycan Marketinq Cəmiyyətinin 10 illiyi
Bu gün Azərbaycan Marketinq Cəmiyyəti 10 illik yubileyini qeyd edir. 2000-ci ilin iyulun 7-də təsis edilən Azərbaycan Marketinq Cəmiyyəti (AMC) “Zəngin və nüfuzlu Azərbaycan naminə!” şüarı altında fəaliyyət göstərən, 10 illik bir tarixə malik olan, Azərbaycanda marketinq ideyalarının yayılması kimi vacib bir missiyanı yerinə yetirməyə çalışan qeyri-kommersiya və qeyri-hökümət təşkilatıdır. Təşkilatın yaradılmasında məqsəd Azərbaycanda marketinq elminin yayılması, ümumi anlayışlarının, metodlarının və marketinqlə bağlı dünya təcrübəsinin təbliğ edilməsidir.
Cəmiyyət bu illər ərzində 90-dan artıq Layihəni reallaşdırmağa nail olmuşdur. AMC on illik fəaliyyəti müddətində sosial sahibkarlıqla, o cümlədən, marketinq tədqiqatlarının aparılması, investisiya layihələri və biznes planların hazırlanması işi ilə məşğul olaraq bir çox şirkət və müəssisələrin biznes tərəfdaşıdır.
| < Prev | Next > |
|---|






