1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

QHT lider və fəalları üçün NİMA Marketinq-A proqramı

PDF Print E-mail

Azərbaycan Marketinq Cəmiyyəti QHT-lər üçün ictimaiyyətlə əlaqələrin qurulması sahəsində peşəkar kadrların hazırlanması məqsədilə “Marketinq-A” Niderland Marketinq İnstitutu (NİMA) tərəfindən icra olunan sertifikatlaşdırılmış proqramda iştirak müsabiqəsini elan edir.

Müsabiqədə qalib gələn QHT lider və fəalları 2010-cu ilin oktyabr-dekabr aylarında Bakıda təşkil ediləcək NİMA Marketinq-A proqramında pulsuz qoşulmaq və sonda NİMA Marketinq-A beynəlxalq sertifikatı üzrə imtahan vermək imkanını qazanacaqlar.

NİMA beynəlxalq imtahan rus dilində, dərslər isə rus və azərbaycan dilində kiçiriləcəkdir.

Müsabiqə şərtləri

• Aşağıdakı İnternet səhifəsinə çıxıb NİMA ərizə anketi yükləyib doldurmaq: http://www.marketing.az/treninq-nma.html

• Sizin NİMA Marketinq-A proqramında iştirakınız sizin və QHT-nizin inkişafına necə təsir edəcək mövzusunda bir səhifəlik inşa yazmaq

• Doldurulmuş ərizə anketi və inşanı 1 sentyabr 2010-cu il tarixinə qədər This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it e-poçt ünvanına göndərmək

• Daha ətraflı məlumat üçün 4300100 və ya This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it e-poçt ünvanına layihə üzrə məsul şəxs Aygül İsayevaya müraciət edə bilərsiniz.



* Bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyəti 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı birgə maliyyə dəstəyi ilə həyata keçirilir.

 

 

Share/Save/Bookmark