NİMA Marketinq-A Proqramı Gənclər Təqaüdü Kampaniyası

Azərbaycan Marketinq Cəmiyyəti (AMC) ETCN-nin tərəfdaşı kimi Azərbaycan gənclərinə Azərbaycan Respublikası daxilində NİMA Marketinq-A Proqramında iştirak etmək və Niderland Marketinq Institunun beynəlxalq səviyyədə tanınan diplomlarını almaq üçün Gənclər Təqaüdü Kampaniyasına başlayır.
AMC İnşa Yarışması əsasında oktyabrda NİMA Marketinq-A Proqramında iştirak edə biləcək tələbələr üçün təqaüd imkanlarını təklif edir. Namizədlər yeni biznes və ya sosial, yerli və beynəlxalq marketinq ideyalarını təsvir edən maksimum 2 səhifəlik İnşa təqdim etməli olacaqlar. İnşalar 15 Sentyabr, 2010-cu il saat 19:00-a kimi təqdim edilməlidir.
İnşalar təklif olunan biznes ideyasının rəqabətə davamlı üstünlüyünü təsvir edən xüsusiyyətlərini, eləcə də marketinq planının təsviri, istifadə olunan metodlar və ərizəçinin marketinq sahəsində yaradıcılığını və ümumi biliyini nümayiş etdirən digər münasib informasiyanı vurğulamalıdır. NIMA Marketinq - A proqramından ideyaların müvəffəqiyyətlə yerinə yetirməsi baxımdan gözlənilən nəticələr sonda qeyd olunmalıdır.
1-ci yerin qalibinə təhsil haqqından 50% güzəşt olacaq
2-ci yer - 40%
3-cü yer - 30%
Digər seçilmiş esselərin müəlliflərinə təhsil haqqından 25% güzəşt olacaq.
NİMA Marketinq-A Proqramı haqqında daha ətraflı məlumatı bu web-saytdan əldə edə bilərsiniz: http://www.marketing.az
Zəhmət olmasa əlavə suallar və esselərin təqdim olunması üçün AMC ilə This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it elektron poçtu vasitəsilə və ya +994 12 430 0100 nömrəsinə zəng etməklə əlaqə saxlayın.
| < Prev | Next > |
|---|






