BMT-nin “Qlobal Saziş və Korporativ Sosial Məsuliyyət layihəsi Azərbaycanda: təcrübə mübadiləsi” mövzusunda dəyirmi masa
Xəzər Universitetində BMT-nin “Qlobal Saziş və Korporativ Sosial Məsulliyyət layihəsi Azərbaycanda: təcrübə mübadiləsi” mövzusunda dəyirmi masa keçirdi. Dəyirmi masada BMT-nin Qlobal saziş layihəsinin üzvləri, Azərbaycan Marketinq Cəmiyyəti, BMT-nin Bakıdakı nümayəndəliyinin, Ata Holding, Azərbaycan - Türkiyə İş Adamları Birliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Avrasiya fondu, “Akkord” şirkətlər qrupu və Azercell telecomun nümayəndələri iştirak edirdilər. Azərbaycan Marketinq Cəmiyyətinin İcraçı Direktoru Aygül İsayeva bu görüşdə iştirak etdi və AMC-nin keçmiş, indiki fəaliyyətləri, gələcək planları, o cümlədən Qlobal Saziş və Korporativ Sosial Məsuliyyətlə əlaqədar həyata keçirilən layihələr barədə geniş məlumat verdi. Onu da qeyd edək ki, Azərbaycan Marketinq Cəmiyyəti 2006-ci ildə BMT-nin Qlobal saziş şəbəkəsinin Azərbaycandan olan ilk rəsmi üzvüdür.
| < Prev | Next > |
|---|






