Müsabiqə
Layihə çərçivəsində çəkilən rəsm əsərlərinin sərgisi və üç ən yaxşı işin pul mükafatı ilə mükafatlandırılması keçiriləcək.
Mükafat:
Münsiflər heyəti 15 noyabr tarixinə qədər qalib gəlmiş üç şəxsi seçəcəklər. Bütün materiallar yaradıcılıq və məzmuna görə qiymətləndiriləcək. Qalib gələn şəxslər aşağıdakı kimi mükafatlandırılacaq:
Birinci yerin qalibi: 400 $
Ikinci yerin qalibi: 300 $
Üçüncü yerin qalibi: 200 $
Müsabiqəyə 15 sentyabr – 31 oktyabr (Bakı vaxtı ilə saat 18.00-ə kimi) tarixləri arasında çəkilmiş rəsm əsərlərini aşağıdakı qaydalarla təqdim etmək olar:
- Müsabiqəyə yalnız “Suyun dəyərini bilək, sudan səmərəli istifadə edək!” mövzusunda rəsm əsərləri qəbul ediləcək.
- Müsabiqəyə hər bir şəxs yalnız bir rəsm əsəri təqdim edə bilər.
- Hər bir iştirakçı təqdim etdiyi şəkilin müəllifi olmalı və bu şəkillər əvvəllər heç bir yerdə nümayiş olunmamalıdır
- Müsabiqəyə uyğun rəsm əsərləri yalnız 15 sentyabr tarixindən 31 oktyabr tarixinədək qəbul edilir.
- Müsabiqədə iştirak üçün yaş həddi 10-25.
- Müsabiqə yalnız şagird, tələbələr və gənc rəssamlar üçün nəzərdə tutulub.
Müsabiqə ilə bağlı bütün suallarınızı This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it ünvanına yaza bilərsiniz.
İştirak etmək istəyən şəxslər mövzu üzrə çəkdikləri rəsm əsərlərini bizə göndərə bilərlər.
Hər bir iştirakçı çəkdiyi rəsm əsərini Azərbaycan, AZ1111, Bakı şəhəri, A.Məhərrəmov küçəsi 4 ünvanına göndərməlidir. İştirakçılar ad, soyad, ixtisas/peşə, əlaqə nömrələrini və rəsm əsəri haqqında qısa məlumatı da qeyd etməlidirlər.
Şəkillərin təqdimatı üçün son tarix 31 oktyabr, 2011 il, saat 18:00-dır.
Rəsm musabiqəsi və layihə barədə ətraflı məlumat almaq üçün facebook-dakı səhifəmizə üzv ola bilərsiniz :
http://www.facebook.com/pages/Suya-qənaət-edək/137515023005379?ref=ts
Əlaqə üçün məlumat:
Azərbaycan Marketinq Cəmiyyəti
A.Məhərrəmov küçəsi 4,
Bakı, AZ1111 Azərbaycan Respublikası
Tel: +994-12-4300100
Fax: +994-12-4305757
E-mail: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
| Next > |
|---|






