1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

Kənd təsərrüfatının kreditləşməsi və inkişafı üzrə İkinci Layihə

PDF Print E-mail

AZƏRBAYCAN MARKETİNQ CƏMİYYƏTİ- MƏTBUAT ÜÇÜN MƏLUMAT

Azərbaycan Marketinq Cəmiyyəti (AMC) Dünya Bankı tərəfındən maliyyələşdirilən və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfındən dəstəklənən "Kənd təsərrüfatının kreditləşməsi və inkişafı üzrə İkinci Layihə" çərçivəsində Bazar İnformasiya və Kommersiya Mərkəzinin (BİKM) yaradılmasma dair tenderdə qalib gəlib.

BİKM-in əsas funksiyası SMS xidməti vasitəsi ilə kənd təsərrüfatı məhsullarının, habelə kənd təsərrüfatı texnikası və avadanlıqları, gübrələr və digər məmulatların qiymətləri, onlann dinamikası barədə fermerlərə operativ məlumatın çatdırılmasını təmin etməkdir.

3 il müddətinə nəzərdə tutulmuş "Bazar İnformasiya və Kommersiya Mərkəzinin" layihəsinin həyata keçirilməsi nəticəsində Azərbaycan fermerləri məhsulların Respublikanın müxtəlif bölgələrində məhsulların qapıağzı, topdan və pərakəndəsatış qiymətləri, kənd təsərrüfatı texnikasının və avdanlıqlarmm, həmçinn gübrələrin ən münasib qiymətlərlə təklif olunduğu ünvanlar barədə məlumatlı olacaqlar. Əldə olunan informasiya fermerlərə kəmiyyət və keyfiyyətcə daha yüksək məhsul yetişdirməyə və bunun müqabilində daha yüksək gəlir götürməsinə əlverişli şərait yaratmış olacaq.

Dünya Bankı, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi və Azərbaycan Marketinq Cəmiyyəti tərəfindən gerçəkləşdirilən bu layihə aqrar sektorda qabaqcıl İnformasiya Kommunikasiya Texnologiyalarından istifadənin təkmilləşdirilməsi istiqamətində dönüş yaradacaq və ölkədə kənd təsərrüfatının inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidməti
Əlaqələndirici şəxs: Vüsal Ağayev
Tel.:   (994 12) 430 01 00
Faks.: (994 12) 430 57 57
E- mail: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
İnternet səhifəsi: www.marketing.az

Share/Save/Bookmark