3-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi barədə
3-cü Azərbaycan Beynəlxalq təhsil və Karyera Sərgisi barədə10-12 sentyabr 2009-ci il tarixindən H.Əliyev adına İdman və Əyləncə Kompleksində 3-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi keçirilmişdir. Azərbaycan Marketinq Cəmiyyətinin fəaliyyəti ilə bağlı həmin sərgidə stend qurulmuşdur.
Sərgidə AMC-nin fəaliyyəti ilə bağlı təqdimat keçirilmişdir. Cəmiyyətin son illərdə çap etdiyi nəşrlər, həmcinin “Marketinq” jurnalının son sayları nümayiş etdirilmişdir. Eyni zamanda, AMC-nin əsas fəaliyyəti olan “NİMA” təlim kursları barədə geniş məlumat verilmişdir. “NİMA” kurslarını Azərbaycan Marketinq Cəmiyyəti Niderland Marketinq İnstitutu ilə birgə təşkil edir. Bu sərgidə marketinq kursları böyük marağa səbəb olmuşdur.
Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat mərkəzi
| < Prev | Next > |
|---|






