1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

“Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nın 30-cu nəşri

PDF Print E-mail

 Azərbaycan Marketinq Cəmiyyəti (AMC) 2004-cü ildən başlayaraq Dünya İqtisadi Forumunun (World Economic Forum) Azərbaycandakı partnyoru olaraq bu təşkilatın illik “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nın hazırlanmasında iştirak edir.

2009/2010-cu illər üzrə Hesabatın hazırlanması ərəfəsində keçirilmiş sorğularda 133 ölkənin təqribən 13000 nəfər iş adamı iştirak etmişdir. Hesabat böyük nüfüza malikdir və dünyanın iş adamları, siyasətçiləri, media vasitələri və tədqiqatçıları tərəfindən ciddi qəbul olunur.

“Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı” böyük xarici investorlar üçün də xüsusi əhəmiyyət kəsb edir. DİF-in ekspertləri ilə hazırlanan reytinq ölkələrin iqtisadi inkişafinı əks etdirirən bir sıra göstəricilərə əsaslanır.
 
Bu günlərdə  “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nın 30-cu nəşri işıq çap edilmişdir.
Azərbaycan 2008-2009-ci illərdə rəqabətqabiliyyətlilik indeksinə görə 134 ölkə arasında 69-cu yeri tuturdu. Bu ilin hesabatına görə isə 18 pillə irəlilələyərək, 133 ölkə arasında 51-ci yeri tutur.  HESABATI  YÜKLƏ 

Share/Save/Bookmark