“NİMA Marketinq-A” kurslarının müdavimlərinə diplomların verilməsi təqdimatı
Bildiyiniz kimi, Azərbaycan Marketinq Cəmiyyəti Niderland Marketinq İnstitutu (NİMA) və Niderland Təhsil Təlim Mərkəzi (ETCN) tərəfindən icra olunan marketoloqların peşəkar sertifikatlaşdırılması proqramını həyata keçirir. Kursu bitirənlərə sonda diplom və sertifikatlar təqdim edilir. Bu məqsədlə, Azərbaycan Marketinq Cəmiyyəti 14 Noyabr 2009-cu il tarixində “NİMA Marketinq-A” kurslarının 3-cü buraxılışını müvəffəqiyyətlə bitirmiş müdavimlərə diplomları təqdim etmişdir. Təqdimat “Ziya Art Salon”da keçirilmişdir.
Eyni zamanda, tədbirdə “NİMA Marketinq-B” kursları üzrə açıq dərsin keçirilməsi də nəzərdə tutulmuşdur. Bu proqram xüsusilə marketoloqlar, orta və yüksək kateqoriyalı menecerlər üçün nəzərdə tutulur. NİMA-B proqramını bitirmiş mütəxəssislər müxtəlif təşkilatların kiçik və ya orta biznes strukturları və böyük beynəlxalq şirkətləri daxil olmaqla marketinq şöbələrində direktor və ya marketinq menecer vəzifəlirini icra edir.
72 saat ərzində nəzərdən tutulan əsas mövzular aşağıdakılardır:
• Marketinq informasiya sisteminin idarə edilməsi
• Marketinq planlaşdırması
• Marketinq kompleksi, yeni aspektlər
• Marketinqin nəzəriyyəsinin praktik tərəfləri (tətbiqi)
• Marketinq fəaliyyətinin təhlili
Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidməti

| < Prev | Next > |
|---|