1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

Azərbaycan Respublikası Xarici İşlər və İqtisadi İnkişaf Nazirliklərinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birgə təşkil etdikləri “Tariflərin liberallaşmasının səmərələri və təsirləri ” mövzusunda seminar.

PDF Print E-mail

 Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə əlaqədar ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə ABŞ-ın Chemonics İnternational İnc. təşkilatı tərəfindən Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramı həyata keçirilir. Bu Proqram çərçivəsində Azərbaycanda qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılması, çoxtərəfli danışıqlara dair sənədlərin və arqumentlərin hazırlanmması, məhsullar və ikitərəfli danışıqlara dair müqayisəli analizlərin aparılması və arqumentlərin hazırlanması kimi sahələrdə Azərbaycan Hökumətinə texniki yardım göstərilir. 

 Proqramın fəaliyyətləri istiqamətlərinə uyğun olaraq Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi zamanı danışıqlar predmeti olan tariflərin liberallaşdırılması sahəsi ilə bağlı özəl sektorla müzakirələrin aparılması üçün interaktiv seminar keçirilmişdir. 19 Noyabr 2009-cu il tarixində keşirilən tədbirin məruzəçisi tariflər və bazara çıxış sahəsində tanınmış beynəlxalq ekspert Lans Qreyv olmuşdur. Cənab Qreyv tariflər və bazara çıxış sahəsində zəngin iş təcrübəsinə malikdir. O,  Ticarət Danışıqlarının Uruqvay Raundunda ABŞ-ı təmsil etmiş və Bazara Çıxış məsələləri üzrə Baş Danışıqçı vəzifəsini icra etmişdir.

 Tədbirdə cənab Qreyv ÜTT çərçivəsində tariflərin liberallaşdırılmasının iqtisadiyyat üçün faydaları, bu sahədə xarici təcrübə, konrket sektorların optimal liberallaşma imkanları (Azərbaycan konteksində) şərh edilmişdir.

 

IBE Marketing Responsibly Report-FINAL

The Fortune at the Bottom of the Pyramid

A to Z of CSR Corporate Social Responsibility Carroll

The Competitive Advantage of Corporate Philanthropy

CORPORATE SOCIAL RESPONSIBILITY IN DEVELOPING COUNTRIES - Wayne Visser

 

 

Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidməti

 

 

 

Share/Save/Bookmark