RESALE “İşlənmiş avadanlıq və qurğuların beynəlxalq yarmarkası”

Iqtisadi şəraitdə rəqabət qabiliyyətli sahibkarlıq fəaliyyəti göstərmək üçün, xidmətlərin və məhsulların daha yüksək keyfiyyətli olması vacib şərtlərdən biridir. Biznes fəaliyyətində fərqlilik və yenilikçilik daima öz bəhrəsini verir.
Azərbaycan Marketinq Cəmiyyəti (AMC) Almaniyanın Karlsrue şəhərində hər il keçirilən “İşlənmiş avadanlıq və qurğuların beynəlxalq yarmarkası”n (RESALE www.resale-germany.com)-da rəsmi partnyorlardan biri olaraq yerli təşkilat və müəssisələrin bu sərgidə iştirakını təmin edir.
“Resale” dünyada işlənmiş avadanlıq və qurğuların satışı üzrə bir nömrəli yarmarkadır. Burada istehsalın müxtəlif sahələri üçün avadanlıqlar (tibbi, tikinti, tekstil və s.) satışa çıxarılır. Bu baxımdan AMC müxtəlif müəssisə və təşkilatlardan öz köməyini əsirgəmir.
AMC Resale yarmarkası ilə əməkdaşlığı çox əhəmiyyətli hesab edir və qarşıdakı illərdə də bu əməkdaşlığın faydalı olmasına inanır.
Sözügedən yarmarkada iştirak etmək və ya əlavə məlumat almaq üçün AMC-yə 430 01 00 / 430 57 57 telefonlarla müraciət edə bilərsiniz.
| < Prev | Next > |
|---|






