1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

NİMA Marketinq A-4 kurslarının nəticələri və NİMA Marketinq A-5 kurslarının başlanması barədə məlumat

PDF Print E-mail

 

nimaAzərbaycan Marketinq Cəmiyyəti Niderland Marketinq İnstitutu (NİMA) və Niderland Təhsil Təlim Mərkəzi (ETCN) tərəfindən icra olunan marketoloqların peşəkar sertifikatlaşdırılması proqramını həyata keçirir. Kursu bitirənlərə sonda diplom və sertifikatlar təqdim edilir.

 


2010-cu ilin 5 və 13 fevral tarixlərində “NİMA Marketinq-A” kurslarının 4-cü buraxılışının müdavimləri müvəffəqiyyətlə proqramı bitirmişdir. Cari ilin mart-aprel aylarında AMC tərəfindən “NİMA Marketinq-A/5” kurslarının başlanması nəzərdə tutulur. Bu kurslarda aşağıdakı modullar üzrə təlimlər keçiriləcəkdir:

Моdul 1. Мarкеtinqin əsasları və fəlsəfəsi

Моdul 2. Marketinqin strateji planlaşdırılmasının əsasları

Моdul 3. Xarici mühitin təhlili

Моdul 4. Daxili mühitin təhlili

Моdul 5. SWOT-təhlili

Моdul 6. Маrketinq strategiyası

Моdul 7. Məhsul siyasəti və ticarət markası

Моdul 8. Məqsədli planlaşdırma

Моdul 9. Paylaşdırma (distribusiya)

Моdul 10. Marketinq kommunikasiyası

 

Sənan Həsənov

Rabitəbank ASC

Marketinq Meneceri

 

Azərbaycan Marketinq Cəmiyyətinin, Niderland Marketinq İnstitutu və Niderland Təhsil və Təlim Mərkəzi ilə birlikdə təşkil etdikləri, “NİMA Marketinq-A” kursları Marketinq mütəxəssislərinə yaradılmış, peşəkarlıq səviyyələrini artırmaları, yeni biliklər əldə etmələri üçün, çox gözəl imkandır. Bu kurslar bir sıra digər təlim kurslarından fərqli olaraq interaktiv, davamlı müzakirələr şəraitində keçirilir ki, bu da kursları daha da maraqlı edir və praktik əhəmiyyətini artırır. NİMA kurslarında marketinq sahəsində dəyərli biliklərlə yanaşı, Avropa birliyi (27 ölkə) və AKS (17 ölkə) üzv olduğu ölkələrdə tanınan diplom və yeni dostlar qazandım. Bunun üçün Azərbaycan Marketinq Cəmiyyətinə öz minnətdarlığımı bildirirəm.

“NİMA-Marketinq-A” kursları ilə bağlı yeganə təklifim kurslar zamanı tədris olunan, müştəri məmnunluğunun artırılmasına yönəldilmiş müxtəlif marketinq alətlərinin, kursların təşkili, tədrisi və nəzarət proseslərində tətbiq olunmasıdır. Son nəticədə “NİMA-Marketinq-A” kursları özü də bir məhsuldur və onun da digər məhsullar kimi Marketinqə ehtiyacı var.

Nəriman Əsədov

NİMA-A proqramında təlim almış şəxs

 

NIMA-A  - kursu yüksək səviyyəli professional hazırlıq proqramıdır. NIMA öz iştirakçılarına çox üstünlük qazandırır. İlk öncə, imtahanı müvəffəqiyyətlə bitirənlər Avropada yaxşı iş tapmaq şansını artıran Avropa Marketinq Konfederasiyasının beynəlxalq səviyyəli nüfuzlu diplom və sertifikatını almış olur. İkincisi, bu bilik və təcrübə trenerlər tərəfindən verilir. Onların dəyəri danılmazdır. Bu təlimdə iştirakçılar təyin olunmuş müddətdə marketinqlə bağlı lazımlı biliyi yiyələnirlər, maliyyə marketinqi, biznesin müxtəlif sahələri ilə əlaqələr: bank biznesi və fast-food. Belə hazırlıq qərarları qəbul etməkdə əsasən intuisiya (fəhm) sayəsində köməklik göstərir, həm də öyrənilən biliklərin tətbiq edilməsində əsas faktları təhlil etmək imkanı verir.

Çox istərdim ki, belə yüksək səviyyədə mühazirələrə və xoş atmosferə görə trenerlərə öz təşəkkürümü bildirim. Ürəkdən arzulayıram ki, gələcəkdə bu kursların hazırki buraxılışında olduğu kimi maraqlı və professional trenerlər NIMA-da tədris keçsinlər.  

Ən çox bəyəndiyim isə rahat dərs qrafiki və dərs zamanı formal olmayan atmosfer idi. Müəllim heyətinə öyrəşmək asan olduğundan faydalı və canlı diskussiya yaranırdı.

Həmçinin, kursda iştirak edən yoldaşlarla da bağlı xoş təəssüratlarım var. İstənilən vaxt onlar kömək etməyə, sualları cavablandırmağa, hər hansı bir çətin vəziyyətdə məsələni həll etməyə hazır idilər.

Əgər siz məndən NIMA haqqında bir cümlə ilə fikrimi bildirməyimi istəsəniz, deyərdim ki:

Uğurlu layihənin olması üçün bütün imkanları olan “Gənc biznes-məktəbidir”!

 

Mən artıq tanışlarıma NİMA-nı məsləhət görmüşəm, bəs siz?

Share/Save/Bookmark