1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

“Mini-MBA” Proqramının təqdimat mərasimii

PDF Print E-mail

“Mini-MBA” proqramının başlanması ilə bağlı 2010-cu ilin 2 aprel tarixində “Ambassador” otelində AMC tərəfindən təqdimat keçirilmişdir. Təqdimatda Mərkəzi Avropa Universitetinin (MAU) Ali Biznes Məktəbi (Macarıstan, Budapeşt) tərəfindən MAU Biznes Məktəbinin Peşəkar Təhsil Proqramlarının Direktoru cənab Corc Bogel, tələbə qəbulu üzrə koordinator Davit Mikeladze  və Macarıstanın Azərbaycandakı səfiri cənab Ceno Boroş həmçinin, dövlət qurumları, ölkənin aparıcı banklarının menecmenti, beynəlxalq təşkilatlar, Azərbaycan Respublikası Sakibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, aparıcı özəl və dövlət müəssisə rəhbərləri iştirak etmişdir.

 

Azərbaycan Marketinq Cəmiyyəti (AMC) Mərkəzi Avropa Universitetinin  (Macarıstan, Budapeşt) Ali Biznes Məktəbi ilə birlikdə 2010-cu ilin may ayından başlayaraq aşağıdakı 6 modul üzrə 72 saat olmaqla “Mini-MBA” proqramının təşkil edəcəkdir:

  • Strateji planlaşdırma;
  • Tətbiqi marketinq;
  • Biznes kommunikasiya;
  • Layihələrin idarə edilməsi;
  • Korporativ maliyyə və mühasibat uçotu;
  • Böhran dövründə xərclərin azaldılması və səmərəliliyinin artırılması.

 “Mini-MBA” proqramının məqsədi hədəf qruplarına Azərbaycandan kənara çıxmadan dünyanın tanınmış universitetlərindən nüfüzlu professorların cəlb edilməsi ilə avropa keyfiyyətli və biznes təhsilin təqdim edilməsidir. Təhsil MAU-nun aparıcı professorları tərəfindən ingilis dilində aparılır.

Proqramın əhatə etdiyi müddət 6 həftədir. Proqramın yekunu olaraq test imtahanlarının nəticəsi və kurslarda iştirakın səviyyəsi nəzərə alınmaqla MAU-nun diplomları verilir. Bu diplom Avropa Ali Təhsil Orqanı (European Higher Educational Area) və ABŞ-ın Nyü-York ştatının Təhsil Departamenti tərəfindən tanınır. Həmçinin, MAU-nun diplomu Avropa Birliyinə üzv olan dövlətlərdə və ABŞ-ın digər təhsil müəssisələrində də tanınır.

Ali Biznes Məktəbi Mərkəzi və Şərqi Avropada amerikanın idarəetmə üzrə magistr dərəcəsini (MBA) almış və biznes üzrə ilk təhsil proqramları təqdim edən universitetdir.  Yarandığı vaxtdan Biznes Məktəbi qlobal menecment məktəbinin nəzəriyyəsi və keçid dövrünün regional iqtisadi problemlərinin reallıqları əlaqələrin təmin edilməsində arasında aparıcı rol oynamışdır. Biznes məktəbi daha çox istedadlı müəllim-professor heyəti, tələbə və məzunları ilə tanınır. Çoxmillətlilik biznes məktəbinə təhsil proqramlarının dəyərinin artmasına kömək etməklə yanaşı, bu təhsil ocağına özünəməxsus bir kalorit verir.

Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidməti

Share/Save/Bookmark