1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

POL QARRISON AZƏRBAYCANDA!

PDF Print E-mail

POL QARRISON AZƏRBAYCANDA!

 “Mini-MBA” proqramının başlanması ilə bağlı 2010-cu ilin 2 aprel tarixində “Ambassador” otelində AMC tərəfindən təqdimat keçirilmişdir. Təqdimatda Mərkəzi Avropa Universitetinin (MAU) Ali Biznes Məktəbi (Macarıstan, Budapeşt) tərəfindən MAU Biznes Məktəbinin Peşəkar Təhsil Proqramlarının Direktoru cənab Georgi Bogel, tələbə qəbulu üzrə koordinator Davit Mikeladze və Macarıstanın Azərbaycandakı səfiri cənab Jeno Boroş həmçinin, dövlət qurumları, ölkənin aparıcı banklarının menecmenti, beynəlxalq təşkilatlar, Azərbaycan Respublikası Sakibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, aparıcı özəl və dövlət müəssisə rəhbərləri iştirak etmişdir.

 


 
   

“Mini-MBA” proqramında Azərbaycandan kənara çıxmadan dünyanın tanınmış universitetlərindən nüfüzlu professorların cəlb edilməsi ilə avropa keyfiyyətli və biznes təhsilin təqdim edilməsidir. Təhsil MAU-nun aparıcı professorları tərəfindən ingilis dilində aparılır.

Bu proqramda tətbiqi marketinq üzrə mütəxəssis həmçinin, ABŞ və Avropada tanınmış alim Pol Qarrisonunda müəllim-professor heyətinin tərkibində yer alması nəzərdə tutulmuşdur. Pol Qarrison 25 ildən artıqdır ki, marketinq (o cümlədən, tətbiqi marketinq) sahəsində elmi-pedoqoji fəaliyyətlə məşğuldur. Həmçinin, Qarrison şəxsi strateji məsləhət agentliyinin (The Garrison Group strategic consultancy) sahibidir. Bu agentliyin 2003-cü ildən Budapeşt şəhərində nümayəndəliyi açılmışdır. Agentliyin müştəriləri arasında IKEA, Sony PlayStation, Telenor, Pfizer, AVON, UniCredit Bank, Efes, Intersport, Bayer and of Coca-Cola kimi nüfuzlu şirkətlər vardır.

Azərbaycan Marketinq Cəmiyyətinin

mətbuat xidməti

 

 

 

 

 

Share/Save/Bookmark