16-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi barədə
16-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi barədə
19-21 may 2010-cu il tarixindən H.Əliyev adına İdman və Əyləncə Kompleksində 16-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi keçirilmişdir. Azərbaycan Marketinq Cəmiyyəti həmin sərgidə iştirak etmişdir.
Sərgidə AMC-nin fəaliyyəti ilə bağlı təqdimat keçirilmişdir. Cəmiyyətin son illərdə çap etdiyi nəşrlər nümayiş etdirilmişdir. Eyni zamanda, AMC-nin hal-hazırda əsas fəaliyyəti olan “CEU Mini-MBA” təlim proqramı barədə geniş məlumat verilmişdir. “CEU Mini-MBA” təlim proqramı Azərbaycan Marketinq Cəmiyyəti Macarıstan Avropa Universiteti ilə birgə təşkil edir.
![]() | ![]() |
Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat mərkəzi.
| < Prev | Next > |
|---|








