Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsi

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) 23 may, 2010-cu ildə Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsini keçirmişdir. Tədbir Park inn mehmanxanasında baş tutmuşdur.
Azərbaycan Biznes Keys Müsabiqəsi ölkəmizin qabaqcıl universitetlərini təmsil edən tələbə komandaların iştirak etdiyi ənənəvi müsabiqədir. Bu müsabiqə tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq etməklə real biznes problemlərini həll edir və onları Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən ibarət olan münsiflər heyətinə təqdim edirlərMüsabiqə 2002-ci ildən həyata keçirilir. Azərbaycanda biznes keys təhlili təcrübəsinin azlığını nəzərə alan MBA Enterprise Corps təşkilatının könüllüləri bu layihəni əsasını qoydular. 2006-cı ildən etibarən isə bu layihənin keçirilməsi hüququ ekskluziv olaraq AAA-yə verilmişdir. Ötən müsabiqələrdə 300-dən çox aktiv tələbə iştirak etmişdir.
Biznes Keys Müsabiqəsi tələbələrin analitik və təqdimat bacarıqlarının inkişaf etdirilməsində və karyera inkişafında çox önəmli rol oynayacaq bacarıqların aşılanmasında və tələbələrə biznes idarəçilik vərdişlərinin öyrədilməsində əvəzsiz rol oynayır. Bununla yanaşı, müsabiqə biznes, elm nümayəndələrinə və tələbələrə maraqlı və intellektual bir forumda iştirak etmə imkanı yaradır.
Müsabiqənin ilk mərhələsində Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Turizm İnstitutunun tələbələrindən ibarət 23 komanda iştirak etmişdir. Hər biri 4 üzvdən ibarət olan 11 komanda isə final mərhələsinə çıxmağa nail olmuşdur. Bütün komandalar 4 həftə ərzində biznes analizi, strategiyanın qurulması və s. mövzularda təlimlər keçmişlər. Bununla yanaşı komandalar final mərhələsindən öncə sınaq təqdimatlarında iştirak etmişlər.
Qaydalara uyğun olaraq yarım-final mərhələsində komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən hakimlər qarşısında təqdim edirlər. Üç yarımfinal qalibi olan komanda isə birinci yer uğrunda mübarizə yolunda hakimlər qarşısında öz təhlillərini təqdim etdilər.
2010-cu ilin Azərbaycan Biznes Keys Müsabiqəsi Azerfon, Azərbaycanda ABŞ Ticarət Palatasının və Mərkəzi Avropa Universiteti ilə Azərbaycan Marketinq Cəmiyyətinin birgə “Mini-MBA” Proqramının dəstəyi nəticəsində həyata keçirilmişdir.

| < Prev | Next > |
|---|