1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

Macarıstanda yerləşən Mərkəzi Avropa Universitetinin (MAU) Ali Biznes Məktəbinin “Mini-MBA” Proqramı

PDF Print E-mail

Gənclər Təqaüdü Kampaniyası


Azərbaycan Marketinq Cəmiyyəti (AMC) Mərkəzi Avropa Universitetinin (MAU) Ali Biznes Məktəbinin tərəfdaşı kimi Azərbaycan gənclərinə MAU Ali Biznes Məktəbinin “Mini-MBA” Proqramında iştirak etmək və MAU Ali Biznes Məktəbinin beynəlxalq səviyyədə tanınan diplomalrını almaq üçün Gənclər Təqaüdü Kampaniyasına başlayır. 

AMC İnşa Yarışması əsasında sentyabrda Bakı Mini MBA Proqramında iştirak edə biləcək tələbələr üçün təqaüd imkanlarını təklif edir. Namizədlər orta və uzunmüddətli karyera planı kontekstində Mini MBA Proqramında iştirak etmək niyyətlərini təsvir edən maksimum 2 səhifəlik İnşa təqdim etməli olacaqlar. İnşalar 1 Avqust, 2010-cu il saat 19:00-a kimi təqdim edilməlidir.

Esselərdə ərizəçinin fərqləndirici xüsusiyyətləri və onun rəqabətə davamlı üstünlüyü, eləcə də gələcək professional planları, biznes ideyaları və bunun hazırki Mini MBA proqramı ilə bağlılığı vurğulanmalıdır.

1-ci yerin qalibinə təhsil haqqından 50% güzəşt olacaq
2-ci yer - 40%
3-cü yer - 30%


Digər seçilmiş esselərin müəlliflərinə təhsil haqqından 25% güzəşt olacaq. 

Mərkəzi Avropa Universitetinin (MAU) Ali Biznes Məktəbinin “Mini-MBA” Proqramı haqqında daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz: http://www.marketing.az/mini-mba

Zəhmət olmasa əlavə suallar və esselərin təqdim olunması üçün AMC ilə This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it elektron poçtu vasitəsilə və ya +994 12 430 0100 nömrəsinə zəng etməklə əlaqə saxlayın. 
Share/Save/Bookmark