Azərbaycan Marketinq Cəmiyyəti 10-illiyini qeyd edir!

2000-ci ilin iyulun 7-də təsis edilən Azərbaycan Marketinq Cəmiyyəti (AMC) “Zəngin və nüfuzlu Azərbaycan naminə!” şüarı altında fəaliyyət göstərən, 10 illik bir tarixə malik olan, Azərbaycanda marketinq ideyalarının yayılması kimi vacib bir missiyanı yerinə yetirməyə çalışan qeyri-kommersiya və qeyri-hökümət təşkilatıdır. Təşkilatın yaradılmasında məqsəd Azərbaycanda marketinq elminin yayılması, ümumi anlayışlarının, metodlarının və marketinqlə bağlı dünya təcrübəsinin təbliğ edilməsidir.
Cəmiyyət bu illər ərzində 90-dan artıq Layihəni reallaşdırmağa nail olmuşdur. AMC on illik fəaliyyəti müddətində sosial sahibkarlıqla, o cümlədən, marketinq tədqiqatlarının aparılması, investisiya layihələri və biznes planların hazırlanması işi ilə məşğul olaraq bir çox şirkət və müəssisələrin biznes tərəfdaşıdır.
Diqqətinizə çatdırmaq istərdik ki, bu il AMC-nin Ümumi Yəğəncağı ilə yanaşı 3 sentyabr 2010-cu il saat 19:00-da Bakı şəhəri, Nizami küç. 93 küçəsi ünvanında yerləşən “Gazelli House”da AMC-nun 10-illik yubileyi ilə əlaqədar bayram mərasimi təşkil olunacaqdır. Tədbirdə AMC üzvləri, partnyor təşkilatları, biznes müəssisələri, dövlət qurumları, xarici ölkələrinin səfirlikləri və beynəlxalq təşkilatlarının nümayəndələri iştirak edəcəkdir.
Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidməti
| < Prev | Next > |
|---|






