Azərbaycan Marketinq Cəmiyyəti “Azərbaycan İxrac Kataloqu 2009-2010” nəşrini təqdim edir!

Azərbaycan Marketinq Cəmiyyəti (AMC) bu il Azərbaycan şirkətlərinin rəqabətqabiliyyətli məhsul və xidmətlərinin dünya bazarlarına çıxarılması, yeni xarici istehlak bazarları və partnyorların tapılması ilə əlaqədar mövcud problemin həlli məqsədilə “Azərbaycan İxrac Kataloqu” 2009-2010 layihəsini həyata keçirmişdir. Qeyd etmək istərdik ki, bu Kataloq artıq ikinci dəfə nəşr edilir və əvvəlki nəşr 2008-ci ildə həyata keçirilmişdir.
Kataloq çap və CD formatında 3000 nüsxə ilə ingilis dilində hazırlanmışdır. Birinci nəşrdəki kimi bu nəşrin də 500 nüsxəsi Azərbaycan Respublikasının xaricdəki Səfirlikləri və diplomatik nümayəndəlikləri vasitəsi ilə yayılacaqdır. Bundan əlavə Kataloq Azərbaycanın ictimai və dövlət təşkilatları, xarici ölkələrin, şirkətlərin və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri vasitəsilə yayılacaq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi yerli və beynəlxalq sərgi və konfranslarda təqdim olunacaq, şirkətlərin xarici potensial müştəri və partnyorlarla yeni əlaqələr qurması və təqdim etdiyi məhsul və xidmətlərin yeni bazarlar tapmasında geniş imkanlar yaradacaqdır.
Diqqətinizə çatdırmaq istərdik ki, AMC “Azərbaycan İxrac Kataloqu 2009-2010”nun təqdimat mərasimin 3 sentyabr 2010-cu il saat 19:30-da Bakı şəhəri, Nizami küç. 93 küçəsi ünvanında yerləşən “Gazelli House”da təşkil olunacaqdır.
Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidməti
| < Prev | Next > |
|---|






