1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətliliyi Hesabatı 2010-2011 nəşri elan edilmişdir.

PDF Print E-mail

Dünya İqtisadi Forumunun Dünya Rəqabətlilik Hesabatı 2010—2011 nəşrinin rəsmi təqdimatı bütün dünyada 9 sentyabr 2010-cu il tarixinə təsadüf edir.

Azərbaycan Marketinq Cəmiyyəti hər il olduğu kimi Dünya İqtisadi Forumunun yerli partnyor təşkilatı olaraq Dünya Rəqabətlilik Hesabatı çərçivəsində Azərbaycanda sorğu keçirmişdir. Bu sorğunun nəticələri Hesabatı 2010—2011 üzrə hesabatın hazırlanmasında istifadə edilmiş və onun əsasında ölkəmizin rəqabətlilik reytinqi hesablanmışdır.

2009-2010 hesabatında Azərbaycan 51-ci yer tutmuşdur. Bu il isə Azərbaycan rəqabətlilik reytinqinə görə 57-ci yerdədir. Qeyd etmək lazımdır ki, bu il də ölkəmiz MDB ölkələri arasında yenə ən yüksək nəticəyə malik olmuşdur.

Nominal olaraq ölkənin rəqabətliliyində müəyyən geriləmə müşahidə olsa da, real göstəricilərə görə Azərbaycan öz inkişaf dinamikası və rəqabətlilik səviyyəsini qoruya bilmişdir. Belə ki, 7-xallıq şkala üzrə Azərbaycan 4,3 xal toplamışdır ki, bu da keçən ilin göstəricisi ilə eynidir. Bu nominal geriləmənin əsas iki səbəbi qeyd etmək olar:

1)      Cari hesabatda ölkələrin sayının 139-a çatdırılması (əvvəlki hesabatda 133 ölkə nəzərə alınmışdır)

2)      Keçən hesabat dövründə qlobal maliyyə böhranından əziyyət çəkmiş ölkələrin bir çoxunda iqtisadi vəziyyətinin bərpa olunması və iqtisadi canlanma. 

Dünya Rəqabətlilik Hesabatı 2010—2011-də ilk beşliyə İsveçrə, İsveç, Sinqapur, ABŞ və Almaniya daxil olmuşdur.

Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidməti

Share/Save/Bookmark