Masallı şəhərində seminar
Azərbaycan Marketinq Cəmiyyəti ÜTT-na üzvlüklə bağlı danışıqları dəstəkləmək üçün yaratdığı koalisiya və “Counterpart İnternational “şirkəti ilə birlikdə Azərbaycan ərazisində keçiriləcək məlumat xarakterli seminarlardan növbəti seminarı Masallı şəhərində həyata keçirdi.
Bu Azərbaycan ərazisində keçirilən məlumat xarakterli seminarlardan beşincisidir. Birinci seminar Sumqayıtda, ikincisi Qusarda, üçüncüsü Mingəçevirdə, dördüncüsü Zaqatalada keçirilmiş, seminarlarda əsas sektorların 40 aparıcı biznes nümayəndəsi və QHT liderləri iştirak etmişdir.
Sumqayıt, Qusarda, Mingəçevirdə və Zaqatalada olduğu kimi, Masallıdakı müzakirədə də turizm, yeyinti istehsalı, ticarət/ixracat, istehsalat və xidmət sahələrinin baş menecer və icraçı strukturlarının, eləcə də biznes assosiasiyalarının və dövlət nümayəndələrinin iştirakı ilə keçdi. Görüşün əsas məqsədi dövlətin üzvlüklə bağlı fəaliyyəti ilə daha yaxından tanış olmaq və üzvlüyün Masallıda fəaliyyət göstərən qurumlara potensial faydaları anlamaqdır.
| < Prev | Next > |
|---|






