1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

.

  • Henri Ford - İnsanı işləməyə iki amil təkan verir: Pul qazanmaq hərisliyi və onu itirmək qorxusu
  • Tomas Robert - Deməki işləyirəm - göstər nə qədər qazanmısan
  • Andre Morua - Biznes - müharibə ilə idmanın kombinasiyasidir
  • Tomas Robert - Malın ən yaxşı reklamı - onun keyfiyyətidir
  • Bencamin Dizraeli - Yalanın üç dərəcəsi var: Yalan, ağ-yalan və statistika 

Azərbaycanın ÜTT-yə üzvlük prosesində kənd təsərrüfatı aspektləri

PDF Print E-mail

   Azərbaycan Marketinq Cəmiyyəti Azərbaycanda rəsmi nümayəndəsi olduğu Beynəlxalq Ticarət Mərkəzi (BTM) ilə birlikdə     “Azərbaycanın ÜTT-yə üzvlük prosesində kənd təsərrüfatı aspektləri” mövzusunda “Diplomat” mehmanxanasında yerli biznes nümayəndələrinin iştirakı ilə bir günlük seminar keçirdi.

Seminarda cənab Rajes Aggarval, BTM-in  eksperti – ÜTT-yə üzvlük prosesində kənd təsərrüfatı aspektləri haqda qısa təqdimat ( Sazişlər, danışıqlar, öhdəliklər və s.) və digər ölkələrin ÜTT-yə üzvlük prosesində təcrübələri, özəl sektorun bu prosesdə rolu haqda məlumatı dinləyicilərə çatdırdı.Seminarda aşağıdakı məqamlara daha çox diqqət ayrıldı:

•    Kənd təsərrüfatı məhsulları ilə bağlı ikitərəfli danışıqların vəziyyəti

•    Həsas məhsullar və onların qorunması

•    Kənd təsərrüfatı subsidiyaları və danışıqların cari vəziyyəti
Xarici İşlər Nazirliyindən ÜTT məsələləri üzrə birinci katib Elmar Məmmədov da seminarda iştirak edərək bu mövzu ətrafında dövlətin mövqeyinə dair fikirlərini bildirdi.

Share/Save/Bookmark