NİMA - Avropa biznes təhsili indi Azərbaycanda
Azərbaycan marketoloqlarınnın peşəkarlıq səviyyəsinin artırmaq məqsədi ilə 2008- ci ildən Niderland Marketinq İnstitutu və Niderland Təhsil və Təlim Mərkəzi ilə birlikdə “NİMA” təlim kurslarını təşkil edir.
Avropa biznes təhsili indi Azərbaycanda!!!
“NİMA Marketinq-A” Niderland Marketinq İnstitutu (NİMA) tərəfindən icra olunan marketoloqların peşəkar sertifikatlşdırılması proqramıdır.
NİMA nə deməkdir? NİMA - Niderland Marketinq İnstitutu deməkdir. O, Avropa Marketinq Konfederasiyasının (AMK) 11 səsvermə hüququna malik olan üzvlərindən biridir.
NİMA - biznes təhsil proqramları Avropa Ali Təhsil Sahəsi (AATS) tərəfindən hazırlanmış Avropa Kvalifikasiya Strukturunda (AKS) beynəlxalq akkreditasiyasından keçmişdir və etibarlı və nüfuzlu diplom təqdim edir.
NİMA -nın təqdim etdiyi diplom Avropa Birliyi (27 ölkə) və AKS (17 ölkə) üzv olduğu bütün ölkələrdə tanınır.
NİMA Avropada təhsil institutları arasında “Marketinq sahəsində ixtisaslaşma” AMK akkreditasiyasını almış (2006) almış ilk və hələ ki, yeganə təhsil müəssisəsidir!
NİMA - institut, assosiasiya, imtahançı. NİMA imtahanları həm Niderlandlarda həm də xarici ölkələrdə İmtahan Palatası Fondunun müşahidəsi ilə keçirilir.
NİMA-nı niyə seçirlər:
1. Uzunmüddətli (4-5 ay) NİMA biznes təhsil proqramları Avropa Ali Təhsil Sahəsi (AATS) tərəfindən hazırlanmış Avropa Kvalifikasiya Strukturunda (AKS) beynəlxalq akkreditasiyasından keçmişdir və etibarlı və nüfuzlu diplom təqdim edir.
2. NİMA təhsili səriştəlik əsasında qurulub – biliklərdən bacarıqlara və peşəkar baxışlara doğru hərəkat.
3. NİMA trenerləri - NİMA-nın rəsmi akkreditasiyasından keçmiş və Azərbaycanın xüsusiyyətləri və rəqabət mühitindən xəbərdar olan praktik-peşəkarlardırlar.
4. Bütün proqramlar heç bir NİMA standart keyfiyyəti azaldılmamaqla Şərqi Avropa və Azərbaycan biznes mühitinin reallıqları ilə əlaqələndirilib.
5. Xüsusi tədris formatı – öz diplom layihəsinin hazırlanma və müdafiəsi prosesində proqram iştirakçısı öz müəssisəsinin aktual məsələlərini həll edir.
6. İşgüzar adamlar üçün işdən ayrılmadan, əlverişli təhsil qrafiki.
7. Üçsəviyyəli sertifikat sistemi fərdin və müəssisəyə “qaynar” ehtiyaclarına cavab verən: marketinq mütəxəssisi (NİMA-A), marketinq üzrə menecer (NİMA-B) və strateji marketinq üzrə mütəxəssis (NİMA-C).
8. Marketinq və satış xidmətinin bütün əməkdaşları üçün korporativ təhsil imkanı.
NİMA proqramının iştirakçısının qazanacaqları:
1. Nüfuzlu diplom. NİMA-nın təqdim etdiyi diplom Avropa Birliyi (27 ölkə) və AKS (17 ölkə) üzv olduğu bütün ölkələrdə tanınır.
2. Böyük həcmdə praktiki bilik və ən əsası, öz müəssisənin problemlərinin həllinə yönəlmiş bacarıqlara yiyələnmə; bu da tədris alan əməkdaşın statusunu yüksəldir və onun peşəkar və karyera artımına səbəb olur.
3. Tədris verən tərəfin (AMC) gələcəkdə məsləhət almaq imkanı.
4. Beynalxalq NİMA tələbələr klubuna daxil olmaq və daim həm ölkə daxili, həm də əcnəbi ölkələr arası marketinq sahəsinə həsr olunmuş tədbirlər barədə məlumatlandırılma.
Öz əməkdaşını göndərən müəssisə üçün maraq:
1. Şirkət Avropada təsdiqlənmiş diploma malik və öz şirkətini Avropa istehlakçıları üçün “kəşf” etdirə bilən mütəxəssis qazanır.
2. Əməkdaşın diplom layihəsi – işlədiyi müəssisənin hazır marketinq və satışı üzrə strateji planıdır. Bununla da əməkdaş öz müəssisəsi üçün marketinq üzrə məsləhətçi olur.
3. Diplomlandırılmış əməkdaşların yüksəlmiş ambisiyalar səbəbindən kadr axınının riskinin azadılması, çünki yerli mütəxəssislərin gözlərində müəssisənin dəyəri artır.
4. Müəssisə üçün eyni vaxtda bir neçə müxtəlif səviyyələrdə mütəxəssis-marketoloqlar hazırlamaq və öz marketinq şöbəsini möhkəmləndirmək imkanı.
5. Proqram iştirakçıları öz bilik və bacarıqlarını müəssisənin iş mühitində tətbiq edərək, təhsillərinə investisiyasının nəticəsini nümayiş edirlər.
“NİMA Marketinq-A” proqramı kimlər üçün hazırlanıb
“NİMA Marketinq-A” proqramı və marketinq sahəsində praktiki və nəzəri bilik bazası əldə etmək istəyən mütəxəssislər üçün başlayan marketoloqlar üçün Avropa standartlarına uyğun olan hazırlanmış və sonda marketınq-mütəxəssisi sertifikatını təqdim edən xüsusi proqramdır.Təhsili bitirdikdən sonra “NİMA Marketinq-A” məzunları aşağıdakı nəzəri və praktiki təcrübələri əldə edirlər:
* Marketinq funksiya və prinsiplərini başa düşmək və izah etmək;
* Bazarı müəyyən edib, istehlakçıları başa düşüb və onların hərəkətlərini izah etmək;
* Bazarın dəyişikliyini tanıyıb, marketinq informasiya mənbələrini təyin etmək;
* Marketinq miks konsepsiyasını başa düşüb və tətbiq etmək;
* Marketinqdə statistik metodları başa düşüb və istifadə etmək;
* Müəssisədə marketinq xidmətini yaratmaq;
* Marketinq planlaşdırılması prosesini başa düşmək;
* Marketinq strategiyasını başa düşüb və tətbiq etmək;
* Rəqib və onun üstünlüyünü müəyyən etmək bacarığı;
* SWOT-ananiz tərtib etmək bacarığı;
* Real mövcud şirkətlər üçün əməliyyat marketinq planını hazırlamaq.
Proqramın təsviri:
Əsas tədris mövzuları 13 modul üzrə birləşib:
Modul A1.1 Marketinq: fəsəfə,sistem, və əsas anlayışlar
Modul A1.2 Strateji marketinq planlaşdırılmasının əsasları
Modul A1.3 Xarici mühitin təhlili
Modul A1.4 Daxili mühitin təhlili
Modul A1.5 SWOT-analiz
Modul A1.6 Marketinq strategiyası
Modul A1.7 Əmtəə siyasəti və ticarət markası
Modul A1.8 Qiymət siyasəti
Modul A1.9 Bölüşdürmə
Modul A1.10 Marketinq kommunikasiyaları
Modul GK A 1.1 Xarici mühitin təhlili
Modul GK A 1.2 Xarici mühitin təhlili
Modul GK A 1.3 Marketinq kommunikasiyaları
Praktiki tapşırığın (diplom işinin) yazılması
İmtahanlar.
Diplomlar
“NİMA Marketinq-A” proqramı üzrə ixtisaslandırılmış imtahanlardan müvəffəqiyətlə keçdikdən sonra, dinləyici Niderland Marketinq İnstitutun attestasiya haqqında ingilis dilində mütəxəssis-marketoloq (Marketing Practitioner) diplomunu əldə edir.
Tədris prosesi biznes sahəsi üzrə Niderland Marketinq İnstitutu və Niderland Təhsil Təlim Mərkəzi tərəfindən (ETCN) təlim almış, peşəkar trenerlər tərəfindən həyata keçiriləcək.
Tələbələr bütün lazımı metodik və tədris materialları ilə təmin olunurlar.
Proqram üzrə dərslər sentyabr ayında başlanır.
NIMA-A üzrə ödəniş sxemi
1-ci variant.
1200 AZN 50% öncədən, 25% kusrun başlanmasından sonra 2-ci ayın sonuna qədər, 25% kursun başlanmasından sonra sonuncu ayın sonuna qədər.
2-ci variant.
Bütün məbləği öncədən ödəməklə siz 15% güzəşt alırsınız və 1020 AZN ödəyirsiniz.
Korporativ müştərilər üçün: 2-5 nəfər - 3% güzəşt
5-8 nəfər - 7% güzəşt
8 nəfərdən artıq – 15% güzəşt
AMC üzvləri əlavə 20% güzəştə malikdir.
Istedadlı tələbələr üçün 25-50% güzəşt imkanları.
“NİMA Marketing A”-da iştirak üçün aşağıdakı ərizə formasını doldurun.
Daha ətraflı məlumat üçün:
Telefon: 430 0100, 430 5757
Elektron ünvan:
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it


